Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qurban bayramı Azərbaycanda hər il geniş şəkildə qeyd olunur və ölkənin dini-mənəvi dəyərlərinin mühüm tərkib hissəsidir.
İmkanı olan müsəlmanlar bu gündə şəriətə uyğun olaraq qoyun, keçi, dana və ya öküz kimi heyvanlar kəsir, ətlərini ehtiyacı olanlarla bölüşürlər.
Bayram həm də birlik, paylaşma və xeyirxahlıq dəyərlərinin təcəssümüdür.
Bu münasibətlə məscidlərdə bayram namazı qılınır, dualar edilir, insanlar bir-birinə təbriklər ünvanlayırlar.Demokrat.az bayramla bağlı ilahiyyatçı Ağa Hacıbəylinin fikirlərini öyrənib.O deyib ki, İslam dünyasında bayramların xüsusi yeri vardır:“Bu bayramlara vaxtında və layiqli şəkildə hazırlıq görülməsi bir müsəlmanın mənəvi borcudur.
Qurban bayramı, Allaha yaxınlaşmaq, insanlara yardım etmək və paylaşmaq kimi yüksək dəyərləri özündə cəmləyən əziz bir gündür.
Qurbanlıq heyvan seçilərkən onun sağlam, yaraşıqlı və qüsursuz olması əsas şərtlərdəndir.
Ən gözəl, ən sağlam və ən layiqli heyvan seçilərək Allah üçün qurban verilməlidir.