Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

“Qurban Bayramı sadəcə bir ənənə deyil, Allaha yaxınlaşma və cəmiyyətlə mənəvi bağların möhkəmləndirilməsi üçün bir fürsətdir”

“Qurban Bayramı sadəcə bir ənənə deyil, Allaha yaxınlaşma və cəmiyyətlə mənəvi bağların möhkəmləndirilməsi üçün bir fürsətdir”

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qurban bayramı Azərbaycanda hər il geniş şəkildə qeyd olunur və ölkənin dini-mənəvi dəyərlərinin mühüm tərkib hissəsidir. İmkanı olan müsəlmanlar bu gündə şəriətə uyğun olaraq qoyun, keçi, dana və ya öküz kimi heyvanlar kəsir, ətlərini ehtiyacı olanlarla bölüşürlər. Bayram həm də birlik, paylaşma və xeyirxahlıq dəyərlərinin təcəssümüdür. Bu münasibətlə məscidlərdə bayram namazı qılınır, dualar edilir, insanlar bir-birinə təbriklər ünvanlayırlar.

Demokrat.az  bayramla bağlı ilahiyyatçı Ağa Hacıbəylinin fikirlərini öyrənib.
O deyib ki, İslam dünyasında bayramların xüsusi yeri vardır:
“Bu bayramlara vaxtında və layiqli şəkildə hazırlıq görülməsi bir müsəlmanın mənəvi borcudur. Qurban bayramı, Allaha yaxınlaşmaq, insanlara yardım etmək və paylaşmaq kimi yüksək dəyərləri özündə cəmləyən əziz bir gündür. Qurbanlıq heyvan seçilərkən onun sağlam, yaraşıqlı və qüsursuz olması əsas şərtlərdəndir. Ən gözəl, ən sağlam və ən layiqli heyvan seçilərək Allah üçün qurban verilməlidir. Ölkəmizdə daha çox qoyun, keçi və dana kimi heyvanlara üstünlük verilir. Həmçinin şəriət baxımından bu heyvanların müəyyən yaş həddini keçməsi məsələn, qoyun və keçinin bir yaş, dananın isə iki yaşdan yuxarı olması vacib sayılır”.
İlahiyyatçı əlavə edib ki, qurban kəsildikdən sonra onun paylanması da xüsusi əhəmiyyət daşıyır:
“Şəriətə görə, qurban üç hissəyə bölünür: bir hissəsi ailəyə, bir hissəsi qonşulara və tanışlara, üçüncü hissəsi isə ehtiyacı olanlara verilir. Əgər imkan varsa, insan öz payından da keçərək ehtiyac sahiblərinə daha çox pay ayıra bilər. Bu, Allahın rızasını qazanmaq baxımından çox qiymətlidir. Qurbanın ruhunda paylaşmaq və yaxınlıq var. Allah Təala Qurani-Kərimdə buyurur ki, "Kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatmaz. Allaha yalnız sizin təqvanız qəlbinizdəki ixlas və niyyət çatar". Bu ayə göstərir ki, qurban ibadəti fiziki bir əməl deyil, əsas niyyət və qəlbi səmimiyyətlə bağlıdır”.
A.Hacıbəyli nəzr qurbanı ilə Qurban bayramı qurbanı arasında fərqə də toxunub:

“Nəzir qurbanı adətən şəri niyyətlə edilən və yalnız sədəqə kimi paylanılan qurbanlardır və ailə bu ətdən yeməz. Lakin Qurban Bayramında kəsilən "İsmail qurbanı" həm ibadət, həm də sosial paylaşım xarakteri daşıyır və ondan ailə də istifadə edə bilər. Nəzir qurbanı ilə bağlı bizim fiqh məktəblərində müəyyən fərqli yanaşmalar mövcuddur. Bu baxış fərqləri xüsusilə bayram günlərində kəsilən nəzir qurbanlarına münasibətdə ortaya çıxır. Cəfəri məzhəbində belə bir fikir var ki, əgər şəxs öncədən niyyət edibsə və bu niyyəti zamanı qurbanın ətindən özü də yemək istədiyini bildirmişsə, həmin qurbanın ətindən özü də yeyə bilər. Yox əgər belə bir niyyət etməyibsə, o zaman ət tamamilə paylanmalıdır. Yəni niyyət qurbanın istifadəsi ilə bağlı əsas meyardır. Əhli-sünnə məzhəblərində isə fərqli mövqe mövcuddur: burada nəzir qurbanının ətindən yeyilməsi ümumiyyətlə caiz sayılmır. Əgər yeyilərsə, o zaman yeyilən miqdar qədər sədəqə verilməsi vacib olur. Bir sözlə, Qurban bayramı sadəcə bir ənənə deyil, ruhani təmizlənmə, Allaha yaxınlaşma və cəmiyyətlə mənəvi bağların möhkəmləndirilməsi üçün bir fürsətdir. Allah kəsilən bütün qurbanları qəbul etsin”.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyatçı Vüqar Səmədov bildirib ki, Qurban bayramı İslam dünyasının mühüm mərasimlərindən biridir.

“Bu bayram Həzrət İbrahim oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır olması ilə bağlı əlamətdar hadisəni xatırladır. Səhər saatlarında məscidlərdə bayram namazı qılınır, daha sonra isə qurbanlıq heyvanların kəsiminə başlanılır. Qurban yalnız bayram namazından sonra kəsildikdə dini baxımdan keçərli sayılır. Qurban bayramı 3 gün Zilhiccənin 10, 11 və 12-ci günləri ərzində qeyd olunur. Bəzi dini mənbələrə əsasən, Zilhiccənin 13-cü günü də qurban kəsilməsi mümkün hesab olunur. İslam qaydalarına görə, maddi imkanı olan hər bir müsəlmana qurban kəsmək vacibdir. Qurban kəsmək üçün insanın borcsuz şəkildə, əsas ehtiyaclarından artıq olaraq, təxminən 80–90 qram qızıl təxminən 14 min manat dəyərində sərvətə sahib olması tələb olunur. Kəsilən heyvanın sağlam və şəriətə uyğun olması vacib şərtlərdəndir”.
İlahiyyatçı qurban üçün uyğun olan heyvanları sadalayıb:
“Qoyun və keçi ən azı 1 yaşlı olmalı və yalnız bir nəfər üçün kəsilə bilər. Dana və inək ən azı 2 yaşında olmalı və 7 nəfər ortaq ola bilər. Dəvə ən azı 5 yaşında olmalı və 7 nəfər ortaq ola bilər. Kor, topal, xəstə, həddindən artıq arıq və ya orqanlarında ciddi qüsuru olan heyvanların qurban olaraq kəsilməməlidir. Qurban bayramının əsas mahiyyətlərindən biri də paylaşmaqdır. Dini ənənələrə görə, qurbanlıq ət üç hissəyə bölünür: bir hissəsi ailədə qalır, digər hissəsi qohum və tanışlara paylanır, üçüncü hissəsi isə ehtiyacı olanlara verilir. Nəzir qurbanı isə yalnız fəqirlərə paylanmalı və kəsən şəxs onun ətindən yeməməlidir. Qurban bayramı ölkə boyunca xeyirxah ənənələrin yaşadıldığı, ehtiyacı olanlara yardımın göstərildiyi, birlik və həmrəyliyin gücləndiyi gün kimi dəyərləndirilir”.
Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyun 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri