Qurban bayramı zəngi: Bakı ilə Tehran arasında nə baş verir? | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Bu zəng Pezeşkianın Bakıya səfərindən qısa müddət sonraya təsadüf edir və bölgədə baş verən geosiyasi proseslər fonunda xüsusi diqqət çəkir.
Tərəflər arasında aparılan bu təmasda hansı məsələlərin gündəmdə olduğu, əlaqələrin gələcək istiqamətinin necə formalaşacağı və bu dialoqun regional əməkdaşlıq baxımından nə ifadə etdiyi maraq doğurur.
Xüsusilə də Rusiya-İran münasibətlərinin yeni mərhələyə keçdiyi bir vaxtda, Azərbaycan-İran xəttində baş verən bu dinamika müəyyən siqnallar verir.
Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı Qurban bayramı münasibətilə gerçəkləşib: “Bu təmas Azərbaycan və İran arasında münasibətlərin normallaşması kimi qiymətləndirilə bilər.
44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra İran tərəfindən Azərbaycana qarşı ya heç bir dostyana addım atılmırdı, ya da bu addımlar olduqca nadir hallarda müşahidə olunurdu.
Hazırda isə normallaşma prosesi həm siyasi ritorikada, həm də praktiki səviyyədə özünü göstərir.
Tam oxu
Xəbəri oxu