Icma.az
close
up
RU
Qurban bayramı zəngi: Bakı ilə Tehran arasında nə baş verir?

Qurban bayramı zəngi: Bakı ilə Tehran arasında nə baş verir?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Bu zəng Pezeşkianın Bakıya səfərindən qısa müddət sonraya təsadüf edir və bölgədə baş verən geosiyasi proseslər fonunda xüsusi diqqət çəkir.

Tərəflər arasında aparılan bu təmasda hansı məsələlərin gündəmdə olduğu, əlaqələrin gələcək istiqamətinin necə formalaşacağı və bu dialoqun regional əməkdaşlıq baxımından nə ifadə etdiyi maraq doğurur. Xüsusilə də Rusiya-İran münasibətlərinin yeni mərhələyə keçdiyi bir vaxtda, Azərbaycan-İran xəttində baş verən bu dinamika müəyyən siqnallar verir.

Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı Qurban bayramı münasibətilə gerçəkləşib:

“Bu təmas Azərbaycan və İran arasında münasibətlərin normallaşması kimi qiymətləndirilə bilər. 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra İran tərəfindən Azərbaycana qarşı ya heç bir dostyana addım atılmırdı, ya da bu addımlar olduqca nadir hallarda müşahidə olunurdu. Hazırda isə normallaşma prosesi həm siyasi ritorikada, həm də praktiki səviyyədə özünü göstərir. Liderlər arasında aparılan müzakirələrin əsas mövzusu, təbii ki, ikitərəfli münasibətlərin inkişafıdır”.


Asif Nərimanlı

A.Nərimanlının fikrincə, belə telefon danışığı və görüşlərdə adətən regiondakı vəziyyət də müzakirə mövzusu olur, lakin hazırda tərəflərin bu məsələni geniş şəkildə gündəmə gətirməsi inandırıcı deyil:

“Bakı və Tehran region məsələlərinə fərqli mövqelərdən yanaşır. İki ölkə arasında əvvəllər müşahidə olunan gərginliyin əsas səbəblərindən biri də məhz bu idi. İranın bölgənin gələcək taleyi ilə bağlı mövqeyini tamamilə sıradan çıxmış hesab etmək düzgün olmaz, amma görünən odur ki, rəsmi Tehran reallıqları qəbul etməyə başlayıb. İran başa düşür ki, Azərbaycanla münasibətləri pozmaq öz əleyhinə işləyir”.

Siyasi şərhçinin sözlərinə görə, əsas gündəlik ikitərəfli əməkdaşlığın inkişafıdır və bu, rəsmi məlumatlarda da öz əksini tapıb:

“Pezeşkianın Bakıya səfəri zamanı kifayət qədər ciddi razılaşmalar əldə olundu. Məhz bu səbəbdən tərəflər həmin razılaşmalar əsasında atılan addımları yenidən qiymətləndirməyə başlayıblar. Eyni zamanda regionda İran-ABŞ danışıqları və Yaxın Şərqdəki dəyişikliklərin Cənubi Qafqaza təsiri fonunda vəziyyət heç də sadə deyil. Gündəlik əslində daha genişdir və müxtəlif istiqamətləri əhatə edir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri