Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Bu gün ölkəmizdə müsəlman dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban Bayramı qeyd olunur.
Dövlət səviyyəsində iki gün bayram günü elan olunan bu bayramda şəriət qaydasında insanlar üç günü də qurban kəsə bilərlər.
Yəni altısı, yeddisi, səkkizi qurbanın kəsilməsinə icazə var.
Hər il olduğu kimi bütün məscidlərimizdə Qurban Bayramının namazı da qılınacaq.
Hər bir məscid icmasının rəhbərliyi və imam məscidə gələn camaatın gəlişini nəzərə alaraq namazı saat səkkizə də sala bilərlər, doqquza da.
Yəni, namaz səkkizdə də, doqquzda da qılına bilər. Məscid icması özü bu məsələdə azaddır.
Rayonların çoxunda namaz bəzi məscidlərdə səkkizdə, bəzilərində isə doqquzda qılınır.