Icma.az
close
up
RU
Qurban kəsərkən nələrə diqqət etmək lazımdır?

Qurban kəsərkən nələrə diqqət etmək lazımdır?

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Bu gün ölkəmizdə müsəlman dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban Bayramı qeyd olunur.

Dövlət səviyyəsində iki gün bayram günü elan olunan bu bayramda şəriət qaydasında insanlar üç günü də qurban kəsə bilərlər. Yəni altısı, yeddisi, səkkizi qurbanın kəsilməsinə icazə var.

Hər il olduğu kimi bütün məscidlərimizdə Qurban Bayramının namazı da qılınacaq. Hər bir məscid icmasının rəhbərliyi və imam məscidə gələn camaatın gəlişini nəzərə alaraq namazı saat səkkizə də sala bilərlər, doqquza da. Yəni, namaz səkkizdə də, doqquzda da qılına bilər. Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda namaz bəzi məscidlərdə səkkizdə, bəzilərində isə doqquzda qılınır. Bakı və Bakı ətrafı kəndlərdə namazın əksəriyyəti saat doqquzda qılınır.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev dedi.

Qurban hansı heyvanlardan kəsilir?

Hacı Fuad qeyd edib ki, qurban minimum xırdabuynuz, qoç, qoyun, keçi kimi heyvanlardan kəsilir. İmkan varsa hər maddi durumu normal olan insanlar, ailə başçısı bir qurban kəssə daha gözəldir. Xırdabuynuzlu heyvana bir neçə adamın şərik olması məsləhət görülmür. Ancaq istisna hal ola bilər ki, bir nəfər yox, iki nəfər bir xırdabuynuzlu heyvanı şərik olaraq kəsə bilərlər. Amma bir nəfər öz adından xırdabuynuzlu heyvanı kəssə daha yaxşı olar. İribuynuzlu heyvana gəldikdə isə ona bir neçə adam şərik ola bilər. Beş, yeddi, on, on beş mümkündür, bu, heyvanın çəkisinə baxır.

Qurban kəsilərkən nələrə diqqət yetirmək lazımdır?

Xırdabuynuzlu heyvandan, iribuynuzlu heyvandan, bir də dəvədən qurban kəsilə bilər və burada da yaş fərqinə mütləq diqqət yetirmək lazımdır. Xırdabuynuzlu heyvanların yaşı səkkiz ay və ondan yuxarı olmalıdır, hətta bir il olsa, daha gözəldir. İribuynuzlu heyvanın yaşı bir yaş və ondan yuxarı olsa daha gözəldir. Dəvənin yaşı isə beş yaş olmalıdır. Çünki, İsmail qurbanı kəsmək Həccdə olan insanlara vacibdir. Amma Həccdə olmayanlar, bizim kimi öz vətənində yaşayanlar İsmail qurbanını sünnət olaraq, müstəhəb olaraq kəsirlər. Bu, Allahın bəyəndiyi bir əməldir, gözəl bir işdir. Bunu etsələr, Allah adına çox savab əldə etmiş olarlar.

Qurbanın kəsilmə və paylanma prosesi necədir?

Sualla bağlı Hacı Fuad əlavə edib ki, kəsilən heyvan üç hissəyə ayrılmalıdır. Onun bir hissəsini kəsən insan öz ailəsinə istifadə edə bilər. Bir hissəsini yaxın qohum-əqrəbasına paylaya bilər. Bir hissəsini də, kənar insanlara paylamalıdır. Yəni, kəsilən heyvan üç hissəyə bölünür. Ola bilər, heyvanı kəsən insanın o kəsilən ətə ehtiyacı yoxdur, onun hamısını yoxsullara, imkansızlara paylamaq istəyir. Bu da gözəl bir əməldir, etsə, daha yaxşıdır. 

Hacı diqqət yetirilməli olan məsələni də qeyd edib. O, bildirib ki, heyvanın əti bölünəndə bədən əzalarının hər bir hissəsindən; məsələn, qoldan, buddan, qabırğadan paylanılan, bölüşən və yoxsullara göndərilən o ətlərin içərisində hər birindən olmalıdır.

Qurban Bayramında qurban kəsməkdən başqa hansı ibadətlər edilməlidir?

"Qurban Bayramında kəsilən qurban ən böyük ibadət, İslamda bəyənilən, buyurulan ən gözəl bir ayin və ibadətdir. Qurban Bayramı insanlığın xilası, bəşəriyyətin nicatıdır. Qurban Bayramının böyük hikməti var. Onun tarixi insanlara başa salınır. Qurban bayramında məscidlərdə namazlar qılınır, xütbələr oxunur. İnsanların Qurban Bayramının dualarına, xütbələrinə, moizələrinə qulaq asması belə özü savab sayılır.

İnsanlar insanlıq baxımından Qurban Bayramında başqa addımlar da ata bilər. Məsələn, təbii ki, yoxsullara qurban payı paylayır, xəstələrə baş çəkə bilər, öz qohum-əqrəbasını axtarar, qısacası, Qurban Bayramında imsan üçün hansı dəyərlər varsa, insan o gözəl işləri görsə, bəyəniləndir, xoşagələndir, Allahın dəyər verdiyi gözəl işlərdir ki, onları həmin o gündə etsə, daha yaxşı olar.

Bayramda insan nə edər? Gözəl, xeyirli işlərlə, məşğul olar. Həzrəti Əlidən sual edirlər ki, bayram hansı gündür? Həzrəti Əli buyurur ki, o gün ki, insan günah etmir, günahdan uzaqdır, gözəl işlərlə məşğuldur, o gün onun bayramıdır".

Qurban kəsmək kimlər üçün vacibdir?

"Qurban kəsmək vətənində yaşayanlar üçün vacib deyil, müstəhəbdir, savabdır. Qurban kəsmək yalnız Məkkədə olan insanlara qurban günü vacibdir, Məkkədə olmayan insanlara vacib deyil. Elə insanlar var ki, maddi durumları aşağıdır, imkanları zəifdir, onların üzərində qurban kəsmək şərti yoxdur. Onların özlərini çətinliyə salaraq borc-xərc etməsinə ehtiyac yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 06 İyun 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri