Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. 6-7 iyun tarixlərində Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq.
Bütün müsəlman düyasında, eləcə də Azərbaycanda imkanlı şəxslər qurban kəsəcəklər.
Qurbanlıq üçün heyvanlar dəvə, öküz və qoç olaraq seçilir. Bu, təbii ki, qurban kəsən vətəndaşın imkanına bağlıdır.
Qaydalara görə, qurbanlıq heyvanın əti 7 yerə pay bölünməlidir.Azərbaycanda yüksək maaşla təmin olunan deputatlar qurban kəsirlərmi, kəsirlərsə onu özləri yeyirlər, yoxsa kimlərəsə paylayırlar?Modern.az-ın əməkdaşı bu sualla Milli Məclisin bəzi deputatları arasında sorğu keçirib.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, həmişə qurban kəsib və paylayıb: “Həmişə bayramda qurban kəsib imkansız şəxslərə paylamışıq.
25-30 ildir ki, eyni məramla davam edirik. Ən böyük qurban hadisələrindən biri də bunu nümayiş etdirmədən, kiminsə duyğularına təsir etmədən
Paylaşım nə qədər digərlərini bu əməllərə çağırış etmək üçündürsə, digər tərəfdən də onu qurban kəsməyə imkanı olmayan insanların qəlbi qırı
Söz də, dua da, bir çağırışın özü də qurbanlıq hadisədir. Çünki qurban yalnız bir heyvanı kəsməklə bitmir.