Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Qurban kəsməyəcəm, amma... Deputatlar bayramı necə qeyd edəcəklər...

Qurban kəsməyəcəm, amma... Deputatlar bayramı necə qeyd edəcəklər...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

6-7 iyun tarixlərində Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. Bütün müsəlman düyasında, eləcə də Azərbaycanda imkanlı şəxslər qurban kəsəcəklər.

Qurbanlıq üçün heyvanlar dəvə, öküz və qoç olaraq seçilir. Bu, təbii ki, qurban kəsən vətəndaşın imkanına bağlıdır. Qaydalara görə, qurbanlıq heyvanın əti 7 yerə pay bölünməlidir.
Azərbaycanda yüksək maaşla təmin olunan deputatlar qurban kəsirlərmi, kəsirlərsə onu özləri yeyirlər, yoxsa kimlərəsə paylayırlar?
Modern.az-ın əməkdaşı bu sualla Milli Məclisin bəzi deputatları arasında sorğu keçirib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, həmişə qurban kəsib və paylayıb:

“Həmişə bayramda qurban kəsib imkansız şəxslərə paylamışıq. 25-30 ildir ki, eyni məramla davam edirik. Ən böyük qurban hadisələrindən biri də bunu nümayiş etdirmədən, kiminsə duyğularına təsir etmədən həyata keçirməkdir. Paylaşım nə qədər digərlərini bu əməllərə çağırış etmək üçündürsə, digər tərəfdən də onu qurban kəsməyə imkanı olmayan insanların qəlbi qırılmadan etmək lazımdır. Söz də, dua da, bir çağırışın özü də qurbanlıq hadisədir. Çünki qurban yalnız bir heyvanı kəsməklə bitmir. Bu anlamda parlament üzvü kimi deyil, sadə bir insan olaraq, inanclı Azərbaycan vətəndaşı kimi qurban kəsib paylaşmışıq”.

Z.Oruc bu bayramda da qurban kəsəcəyini deyib:

“Bu il də qurban kəsəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, sizin sorğunuz olmasaydı, bu barədə deməyəcəkdim. Bu, üzərimizdə olan ilahi borc, öhdəlik kimi də həyata keçiriləcəkdi. Bir daha fürsətdən istifadə edib bütün azərbaycanlıları, dünya müsəlmanlarını təbrik edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlara, öz yurdlarına qovuşan insanların qurban demək, kəsmək imkanlarını onlara arzulayırıq”.


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də qurban kəsəcək.

“Bayramda şübhəsiz ki, heyvan kəsiləcək və imkansız adamlara paylanacaq. Müəyyən kateqoriyadan olanları, imkansız insanları sevindirmək çox vacibdir. Vacib olanı edəcəm!”
 

Qurban kəsəcək deputatlar arasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da var. O, qurban ətini kimsəsizlərə paylayacağını deyib.


Deputat Elnarə Akimova isə qurban kəsməyəcəyini bildirib:

“Qurban kəsməyəcəm. Amma bayram günlərində bir neçə şəhid və qazi ailəsi ilə görüşüb bayramlarını təbrik edəcəm, aztəminatlı ailələrə baş çəkəcəm. Düşünürəm ki, bu bayramı ancaq qurban kəsməklə məhdudlaşdırmalı deyilik. Əziz gündür, başqa müxtəlif hədiyyələrlə də insanları sevindirmək olar”.
 

Deputat Aydın Mirzəzadə sorğumuza belə cavab verib:

“Hər il Qurban bayramını qeyd edirəm. Seçildiyim Mingəçevir ərazisində köməkçim vasitəsilə imkansız insanların siyahısını 1 ay əvvəldən tutururq. Bayram günü həmin adamlara qurban payı verilir. Köməkçimlə bu məsələni xeyli müddətdir danışmışıq. Həmin gün siyahıdakı insanlar yardım paylarını alacaqlar, Bundan başqa,  həmin gün ehtiyatda qurban əti saxlayırıq ki, birdən kimsə yaxınlaşar və ya yaddan çıxa bilər”.


Deputat Vüqar İskəndərov bayram günü Şəkidə olacaq və qurban kəsəcək.

“Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Öncədən müsəlman dünyasını, xalqımızı bu mübarək bayram münasibətilə ürəkdən təbrik edir, ölkəmizə rifah və tərəqqi arzulayıram. Hər il olduğu kimi, Şəki şəhərində  ənənəvi qaydada qurban kəsəcəyik. Dairəmizdə olan-olmayan şəhid ailələrinə qurban payı verəcəyik. Hər il çalışırıq ki, maddi vəziyyəti aşağı olan insanlara dəstək olaq. Hər hansı tədbir, bayram olanda çalışırıq ki, bu  şəxslərə və digər qayğıya ehtiyacı olan insanlara da bayram sovqatlarından verə bilək. Bu bayram da Şəkidə, seçicilərimizin yanında olacam. Qurban sovqatlarından saydığım kateqroriyadan olan insanlara pay verəcəyik",-V.İskəndərov deyib.


Milli Məclisin qeyri-müsəlman deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelinin köməkçisi isə deyib ki, heç Qurban bayramı olmasa da, aztəminatlı, imkansız insanlara yardım edirlər:

“Əlbəttə, heç Qurban bayramı olmadan da bizə vətəndaşlar müraciət edirlər. Aztəminatlı, sosial durumu aşağı olan insanlar var ki, mütəmadi olaraq onlara yardım göstəririk. Elə ay yoxdur ki, ümumiyyətlə, bizə müraciət edən hər hansı ehtiyacı olan seçici əliboş qayıtsın. Bayram günü də ərzaq təminatı ilə əlaqədar aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə yardımlar olunacaq. Mixail Zabelin həm də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Partiyanın xətti ilə bayramda müəyyən addımlar atılacaq. Hansı istiqamətdə necə paylaşım olacaq, hələ ki dəqiq bilmirik. Yəni partiya tərəfindən də belə tədbirlər nəzərdə tutulub”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova da qurban kəsəcəyini bildirib:

“Köməkçilərimlə şəhid ailələri, qazilər, müharibə veteranları və müəyyən kateqoriyadan olan insanların siyahısını artıq tərtib etmişik. Kəsilən qurbanlar siyahı üzrə paylanılacaq. Fürsətdən istifadə edərək, İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edir, ölkəmizə rifah və tərəqqi arzulayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see304

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see209

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see188

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see184

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see174

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see172

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see171

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see155

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see152

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see152

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see148

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see140

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see139

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see138

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri