Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Futbolumuz var, daha da inkişaf etməliyik".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oynanılan "Qarabag" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, böyük komandalarla bir sırada olmaq qürurvericidir: "İnanıram ki, hər şey illər keçdikcə daha da yaxşı olacaq.
Böyük komandalarla bir sırada olmaq qürurvericidir. Hər qələbə inamı daha da artırır.
Eyni zamanda belə klubların Bakıya gəlməsi sevindiricidir". "Təriflənmək istəmirəm. İşimi görməyə çalışıram. Tənqid olunmağı da istəmərəm.
Bu gün siz bilmirsiniz, hansı çətinliklərim var, bəlkə, futbolçuların nəsə problemləri var... Heç vaxt dəqiq bilmək olmur.
İnsan həyatda bəzən elə səhv edir ki, təriflər geridə qalır. İstəmərəm belə hallar olsun", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.