Qurban Qurbanov: Böyük komandalarla bir sırada olmaq qürurvericidir
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Futbolumuz var, daha da inkişaf etməliyik".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oynanılan "Qarabag" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, böyük komandalarla bir sırada olmaq qürurvericidir:
"İnanıram ki, hər şey illər keçdikcə daha da yaxşı olacaq. Böyük komandalarla bir sırada olmaq qürurvericidir. Hər qələbə inamı daha da artırır. Eyni zamanda belə klubların Bakıya gəlməsi sevindiricidir".
"Təriflənmək istəmirəm. İşimi görməyə çalışıram. Tənqid olunmağı da istəmərəm. Bu gün siz bilmirsiniz, hansı çətinliklərim var, bəlkə, futbolçuların nəsə problemləri var... Heç vaxt dəqiq bilmək olmur. İnsan həyatda bəzən elə səhv edir ki, təriflər geridə qalır. İstəmərəm belə hallar olsun", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
Murad Nəsimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Yanvar 2026 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















