Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. "Son ev oyunumuz oldu.
Şanslarımız az qalsa da, azarkeşlər bizim yanımızda idi. Sona qədər inandılar".
Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, bu il uğursuz seriya yaşayıblar: "Elə oyunlarımız olub ki, sonda nəticəni dəyişmişik.
Düşünməzdik ki, 3 künc zərbəsi ilə 3 qol görərik. Belə gözləmirdik. Komandam çox əziyyət çəkdi. Bu il çox uğursuz seriyamız oldu.
Məğlub olmamalı oyunları uduzduq. Amma bu da bir təcrübədir. Rəqibi təbrik edirəm".
O, rəqib həmkarı Elias Xaralambusun FCSB-nin qələbəsində bəxt amilini qabartmasına da münasibət bildirib: "Əvəllər bəxtə daha çox inanırdım.
Gözləyirdim ki, bəxtimiz gətirər. Belə hallar yeni başladığım zamanlar olub. Ümumən daha çox çalışmaq lazımdır ki, onun bəhrəsini görəsən.