Icma.az
close
up
RU
Qurban Qurbanov: Əvəllər bəxtə daha çox inanırdım

Qurban Qurbanov: Əvəllər bəxtə daha çox inanırdım

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Son ev oyunumuz oldu. Şanslarımız az qalsa da, azarkeşlər bizim yanımızda idi. Sona qədər inandılar".

Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, bu il uğursuz seriya yaşayıblar: "Elə oyunlarımız olub ki, sonda nəticəni dəyişmişik. Düşünməzdik ki, 3 künc zərbəsi ilə 3 qol görərik. Belə gözləmirdik. Komandam çox əziyyət çəkdi. Bu il çox uğursuz seriyamız oldu. Məğlub olmamalı oyunları uduzduq. Amma bu da bir təcrübədir. Rəqibi təbrik edirəm".

O, rəqib həmkarı Elias Xaralambusun FCSB-nin qələbəsində bəxt amilini qabartmasına da münasibət bildirib: "Əvəllər bəxtə daha çox inanırdım. Gözləyirdim ki, bəxtimiz gətirər. Belə hallar yeni başladığım zamanlar olub. Ümumən daha çox çalışmaq lazımdır ki, onun bəhrəsini görəsən. Uğurlu və ya uğursuz olmaq mümkündür. Bu mənə çatmır. Rəqib baş məşqçi nə var onu deyirdi. Müdafiəni yox, həmişə hər mövqeni gücləndirmək lazımdır. Standart vəziyyətlərdən fərqləndilər. Bəlkə bəxtləri də gətirdi".

Qurbanov qapıda Fabian Buntiçə şans verməsinin səbəbini belə izah edib: "Mateuş Koxalski iki gün öncə zədələndi. Buntiçi qapıda qoyduğum üçün peşman deyiləm. Qol epizodlarının təkrarına baxdım, buraxdıqları çox da asan qollar deyildi".

Baş məşqçi rəqibi isə belə dəyərləndirib: "Ümumən pozitiv, nəticəyə oyanmağı bacaran komanda idi. Bu il fərqli seriyalarını keçirirlər. Həmişə döyüşkən rəqiblərə qarşı oynamaqdan zövq almışam. Rəqib də olsa, uğurlar arzulayıram. Avropa təcrübəsinə baxsaq, uğurlu klublar 4-5 ilə heyəti formalaşdırır. Daha sonra heyət geniş olur. Böyük klubları daim analiz edirik. Burada bir çox elementlər var.

Bizim heyətdə 3-4 futbolçu sadəcə iştirak ərizəsinə salınmışdı. Amma onların keyfiyyətlərindən istifadə edə bilmirdik. Juninyo kkmi oyunçular da bəzən epiozdları qaçıra bilirlər. Aleksey Kaşukun qaçırdığı epizod da asan deyildi. Onun orada olması və topa çatması mütləq idi. Onda potensial var, daha da yaxşı olacağına inanıram. Leandro Andrade digərlərindən seçilir. Lazım olanda mərkəzdə, bəzən də sağda oynadırıq. Sol ayaq olsaydı, elə də oynayardı. Lazım olan qədər biz ondan yararlanırıq. Heyəti genişləndirmək həmişə düşüncəmizdə var. Bizə lazım olan futbolçuları çalışacağıq ki, zamanında tapaq və komandanı gücləndirək. Son oyunumuz Yunanıstanda “Olimpiakos”ladır. Belə böyük klublarla oynamaq hər futbolçuya təcrübədir. Çünki bu cür komandalarla gələn mövsüm də qarşılaşa bilərik. Ola bilər ki, çempionat oyunlarında bir neçə tur futbolçularım bu nəticəni hiss etdirə bilər. Amma zamanla düzələcək".

FCSB-nin heyətində hər xətdə çoxlu lider oyunçular vardı. Baş məşqçinin seçdiyi oyun sxemini düzgün yerinə yetirə bilən oyunçular idilər. FCSB komanda şəklində yaxşı oynayır. Mənim diqqətimi transfer üçün cəlb edən futbolçu oldu, amma adını açıqlamayacağam.

Bu il Avropa turnirlərinə çox yaxşı hazırlığımız olmuşdu. Hətta Avstriyada yoldaşlıq oyunlarında komnadamız daha yaxşı təsir bağışlayırdı. Çempionıar Liqasında yaxşı çıxış etdik. Avropa Liqasının qrup oyunlarında da sadəcə, nəticə olmadı. Xorvatiyanın “Dinamo Zaqreb” komandası ilə oyunda çox qol epizodlarımız oldu, amma nəticə olmadı. Son illər cəsarətli futbol oyanyırıq. Böyük klublara təcrübəmiz çatmadığı üçün məğlub olmuşuq. Bugünkü oyunda 3 qolun standart vəziyyətdən vurulması sadəcə təsiredicidir.

Mərhələ adlaya bilməməyimizi yeni formatın üstünə atmayaq. Hər dəfə demək istəmirəm ki, qrupda olsaydım, daha yaxşı olardı. Alınmadı. Önümüzə baxacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Yanvar 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri