Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın və Azərbaycan milli komandasının sabiq hücumçusu Rauf Əliyev Sportal.az saytına müsahibə verib:
- "Qarabağ" bu gün "Liverpul" önünə çıxacaq. Oyunöncəsi düşüncələrin necədir? "Qarabağ" tərəfdən baxsaq, bu görüş haqda pozitiv düşüncələrin var?
- Bugünkü oyunla bağlı pozitiv düşüncələrim var. Azərbaycan təmsilçisinin Çempionlar Liqasında dünyanın TOP klublarından birinə qarşı oynaması bizim üçün ancaq müsbət hal sayıla bilər.
- "Liverpul" favoritdir və təbii ki, onların qalib gəlməsi daha inandırıcıdır. Bəs səncə, "Qarabağ" "Liverpul"u nəyin hesabına məğlub edə bilər?
- "Enfild Roud"da "Liverpul"a qarşı oynamaq çox çətindir. Komandamız üçün bərabərlik çox yaxşı nəticə sayıla bilər. "Liverpul" hazırda yaxşı dönəmlərini yaşamır. Amma heyətindəki futbolçuların keyfiyyəti və ustalığına görə "Qarabağ"dan çox güclüdür. Ağdam təmsilçisi sensasiyalara çox imza atıb. İnşallah bu gün də onlardan biri olar.
- "Qarabağ"ın aktivində 10 xal var. Bəs, ölkə çempionu uduzsa belə, onların pley-off mərhələsinə vəsiqə qazanacağına inamın nə qədərdir?
- Hazırda pley-offa vəsiqə qazanmaq üçün çox yaxşı şansımız var. İnanıram ki, "Qarabağ" ilk 24 komanda arasında olacaq.
- "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasında bu cür çıxış edəcəyinə ehtimal edirdin? "Qarabağ"ın uğurunun əsas səbəbini nədə görürsən?
- "Qarabağ"ın uğurlu çıxışına hər zaman inanıram. Ötən mövsüm komanda Avropa Liqasına yaxşı start verə bilmədi. Daha sonra məğlubiyyətlər oldu. Amma "Qarabağ" daha çox təcrübə topladı, futbolçular özlərini Çempionlar Liqasına hazır hiss etdilər. Yeni transferlər də özlərini doğrultdular. Qalib gəlirsə, bu, o deməkdir ki, komanda güclənib.
- "Qarabağ"ın futbolçularına təkliflər çoxdur, bəs Qurban Qurbanovun necə, bu mövsümkü uğurlu çıxışdan sonra Avropa klublarından birinə baş məşqçi təyin oluna bilər, yoxsa düşünürsən ki, mövsümün sonuna qədər "Qarabağ"da qalacaq?
- Əlbəttə ki, eşidirik, yazılanları oxuyuruq. "Qarabağ"ın futbolçularına çıx yaxşı təkliflər var. Bu da normaldır. Komanda Çempionlar Liqasında yaxşı nəticələr qazanırsa, oyunçulara təkliflər gəlməlidir. Düşünürəm ki, Qurban Qurbanovun da təklifləri ola bilər. Amma yüz faiz əminəm ki, mövsümün sonuna qədər "Qarabağ"da qalacaq. Qurbaan müəllim heç vaxt işini yarımçıq qoyub getməz. Ümumiyyətlə Qurban Qurbanovun "Qarabağ"dan getməyi mənə inandırıcı gəlmir. Özünü rahat hiss edirsə, uğurlu nəticələrə imza atırsa, yenə də "Qarabağ"da olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi