Icma.az
close
up
RU
Qurban Qurbanov heç vaxt işini yarımçıq qoyub getməz MÜSAHİBƏ

Qurban Qurbanov heç vaxt işini yarımçıq qoyub getməz MÜSAHİBƏ

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın və Azərbaycan milli komandasının sabiq hücumçusu Rauf Əliyev Sportal.az saytına müsahibə verib:

- "Qarabağ" bu gün "Liverpul" önünə çıxacaq. Oyunöncəsi düşüncələrin necədir? "Qarabağ" tərəfdən baxsaq, bu görüş haqda pozitiv düşüncələrin var?

- Bugünkü oyunla bağlı pozitiv düşüncələrim var. Azərbaycan təmsilçisinin Çempionlar Liqasında dünyanın TOP klublarından birinə qarşı oynaması bizim üçün ancaq müsbət hal sayıla bilər. 

- "Liverpul" favoritdir və təbii ki, onların qalib gəlməsi daha inandırıcıdır. Bəs səncə, "Qarabağ" "Liverpul"u nəyin hesabına məğlub edə bilər?

- "Enfild Roud"da "Liverpul"a qarşı oynamaq çox çətindir. Komandamız üçün bərabərlik çox yaxşı nəticə sayıla bilər. "Liverpul" hazırda yaxşı dönəmlərini yaşamır. Amma heyətindəki futbolçuların keyfiyyəti və ustalığına görə "Qarabağ"dan çox güclüdür. Ağdam təmsilçisi sensasiyalara çox imza atıb. İnşallah bu gün də onlardan biri olar.

- "Qarabağ"ın aktivində 10 xal var. Bəs, ölkə çempionu uduzsa belə, onların pley-off mərhələsinə vəsiqə qazanacağına inamın nə qədərdir?

- Hazırda pley-offa vəsiqə qazanmaq üçün çox yaxşı şansımız var. İnanıram ki, "Qarabağ" ilk 24 komanda arasında olacaq.

- "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasında bu cür çıxış edəcəyinə ehtimal edirdin? "Qarabağ"ın uğurunun əsas səbəbini nədə görürsən?

- "Qarabağ"ın uğurlu çıxışına hər zaman inanıram. Ötən mövsüm komanda Avropa Liqasına yaxşı start verə bilmədi. Daha sonra məğlubiyyətlər oldu. Amma "Qarabağ" daha çox təcrübə topladı, futbolçular özlərini Çempionlar Liqasına hazır hiss etdilər. Yeni transferlər də özlərini doğrultdular. Qalib gəlirsə, bu, o deməkdir ki, komanda güclənib.

- "Qarabağ"ın futbolçularına təkliflər çoxdur, bəs Qurban Qurbanovun necə, bu mövsümkü uğurlu çıxışdan sonra Avropa klublarından birinə baş məşqçi təyin oluna bilər, yoxsa düşünürsən ki, mövsümün sonuna qədər "Qarabağ"da qalacaq?

- Əlbəttə ki, eşidirik, yazılanları oxuyuruq. "Qarabağ"ın futbolçularına çıx yaxşı təkliflər var. Bu da normaldır. Komanda Çempionlar Liqasında yaxşı nəticələr qazanırsa, oyunçulara təkliflər gəlməlidir. Düşünürəm ki, Qurban Qurbanovun da təklifləri ola bilər. Amma yüz faiz əminəm ki, mövsümün sonuna qədər "Qarabağ"da qalacaq. Qurbaan müəllim heç vaxt işini yarımçıq qoyub getməz. Ümumiyyətlə Qurban Qurbanovun "Qarabağ"dan getməyi mənə inandırıcı gəlmir. Özünü rahat hiss edirsə, uğurlu nəticələrə imza atırsa, yenə də "Qarabağ"da olacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Yanvar 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri