Qurban Qurbanov: Rəşad Sadıqovdan hər oyunda bir sürpriz gözləyirik | Icma.az
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Oyun keyfiyyətli olmasa da, gərgin mübarizə getdi.
Futbolçular çox güc itirdilər. Biz də kubokda oynamışdıq, "Zirə" də. Rəqibimizin kubok matçı 120 dəqiqə olmuşdu. Bəlkə dinamika yox idi.
Amma meydanda mübarizə getdi. Hər iki komanda 1 xala layiq idi. İki komanda da çox əziyyət çəkdi.
Oyundan-oyuna qarşımızda daha çətin, daha formalaşmış, daha geniş düşüncəli "Zirə" görürük.
Rəşad Sadıqovdan hər oyunda bir sürpriz gözləyirik. Oyunun gedişində hər dəfə bunu hiss edirik. Yaxşı rəqibə qarşı oynadıq.
Hər iki komandaya uğurlar arzulayıram. - Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?
Tam oxu
Xəbəri oxu