Icma.az
close
up
RU
Qurban Qurbanov: Rəşad Sadıqovdan hər oyunda bir sürpriz gözləyirik

Qurban Qurbanov: Rəşad Sadıqovdan hər oyunda bir sürpriz gözləyirik

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun keyfiyyətli olmasa da, gərgin mübarizə getdi. Futbolçular çox güc itirdilər. Biz də kubokda oynamışdıq, "Zirə" də. Rəqibimizin kubok matçı 120 dəqiqə olmuşdu. Bəlkə dinamika yox idi. Amma meydanda mübarizə getdi. Hər iki komanda 1 xala layiq idi. İki komanda da çox əziyyət çəkdi. Oyundan-oyuna qarşımızda daha çətin, daha formalaşmış, daha geniş düşüncəli "Zirə" görürük. Rəşad Sadıqovdan hər oyunda bir sürpriz gözləyirik. Oyunun gedişində hər dəfə bunu hiss edirik. Yaxşı rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram.

- Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?

- O, üç mövqedə oynamağı bacaran futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm "10 nömrə" kimi, həm də vinger kimi oynamağı bacarır. Universal futbolçudur. Rotasiyalara görə də belə alındı. Oyunun gedişatına görə bu cür addım atdıq. "Zirə" birə-bir mübarizələrdə çox yaxşı oynayır. Müdafiə davranışında cəsarətli və aktivdirlər. Montieldən çox razı qaldım. Hər dəfə məndə onun haqda pozitiv fikirlər formalaşır. 

- "Ayaks"la matça start heyətində çıxa bilər?

- Tam hazır deyil. Bəlkə bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır ki, bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında hansısa dəyişiklik ola bilər. Bundan əvvəlki matçda 90 dəqiqə oynamışdı, ondan 3 gün sonra özünə gəldi. Özü deyirdi ki, çox yorulmuşdum. Qarşıdakı günlərdə baxacağıq görək bərpası necə olur. Ona uyğun addım atacağıq. Oyundan-oyuna daha hazırlıqlı olur.

- Həm rəqib, həm də baş hakim icazə vermədi ki, fasilələlər çox olsun. Bu, "Ayaks"la oyunöncəsi yaxşı təsir göstərə bilər?

- Biz hakimlərə deməmişdik ki, fasilə verməyin. Hər oyun bu cür davamiyyətli olmalıdır. İstənilən futbolçu o rejimə, o tempə uyğunlaşmalıdır. Oyun nə qədər çox dayansa, azarkeşlər üçün də maraqsız olur.

- Abdullah Zubir əsəblərini cilovlaya bilmədi. Onun hərəkətinə reaksiyanız necədir?

- Məni həmişə sakit görürsüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilavlasınlar. O da futbolçudur, emosiyalarını biruzə verə bilər.

- "Ayaks"la görüş həlledicidir. Komanda oyuna nə qədər hazırdır? Rəqibi təhlil etmisiz?

- Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq.

- Ramil Şeydayev "Qarabağ"dakı ilk dövründə normal səviyyəyə gəlmişdi. Bəs bu dəfə necə, əvvəlki formasına qayıdacağına inanırsız? 

- İstəklidir, amma bəlkə daha çox şans versək, idman formasını tez bərpa edər. İstənilən futbolçu üçün oyun sayı, oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə də, istəkli olsa da, oyun tam fərqlidir. Razı qaldığım odur ki, istəkli və intizamlıdır. Komanda var ki, uğur üçün ikinci heyət daha faydalı olur. Bu cür matçlarda sənə nəticə olaraq kömək edirlər, əsas heyət oyunçuları üçün rəqabət yaradırlar. Şərt deyil ki, bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. 20 futbolçunun məşqdə aktiv olmasının komandanın idman formasını saxlamasına böyük faydası var.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Dekabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri