Qurban Qurbanov: “Təriflənmək istəmirəm, işimi görməyə çalışıram” | Icma.az
Icma.az, Apasport portalına istinadən məlumat verir. Çempionlar Liqasının VII turunda keçirilən “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib: "Azarkeşlərimiz təbrik etmək istəyirəm.
Həqiqətən, bu qələbə onların haqqı idi. Hər oyunda bizimlə oldular. Bəlkə də, bizdən daha çox qələbəni istəyən onlar idi.
Hər birinə təşəkkür edirəm. Futbolçular çox əziyyət çəkdi. Meydanda istəkli oyun var idi. Bəzi matçlarda olmayan intizam var idi.
Sona qədər inandılar, fərdi mübarizədə möhkəm oldular. Azarkeşlərimiz və futbolçularımız, Azərbaycan futbolu adına sevindim".
– Möcüzələrə inanırsınızmı? – Möcüzə nəyə deyilir? (gülür). Bu cür qələbələrə inanıram. Dünya futbolunda da bunu görmüşük.
Zəif komandalar böyük komandalara qalib gəlib. Belə hallara inanıram. – Bəlkə də, ən çətin rəqib “Ayntraxt” idi.
Son dəqiqə qolu ilə qələbə qazandınız. Oyuna necə hazırlaşmışdınız? – Antalyadakı hazırlıqdan sonra bildirmişdim ki, yaxşı hazırlıq keçdik.
Tam oxu
Xəbəri oxu