Qurban Qurbanov: “Təriflənmək istəmirəm, işimi görməyə çalışıram”
Icma.az, Apasport portalına istinadən məlumat verir.
Çempionlar Liqasının VII turunda keçirilən “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
"Azarkeşlərimiz təbrik etmək istəyirəm. Həqiqətən, bu qələbə onların haqqı idi. Hər oyunda bizimlə oldular. Bəlkə də, bizdən daha çox qələbəni istəyən onlar idi. Hər birinə təşəkkür edirəm. Futbolçular çox əziyyət çəkdi. Meydanda istəkli oyun var idi. Bəzi matçlarda olmayan intizam var idi. Sona qədər inandılar, fərdi mübarizədə möhkəm oldular. Azarkeşlərimiz və futbolçularımız, Azərbaycan futbolu adına sevindim".
– Möcüzələrə inanırsınızmı?
– Möcüzə nəyə deyilir? (gülür). Bu cür qələbələrə inanıram. Dünya futbolunda da bunu görmüşük. Zəif komandalar böyük komandalara qalib gəlib. Belə hallara inanıram.
– Bəlkə də, ən çətin rəqib “Ayntraxt” idi. Son dəqiqə qolu ilə qələbə qazandınız. Oyuna necə hazırlaşmışdınız?
– Antalyadakı hazırlıqdan sonra bildirmişdim ki, yaxşı hazırlıq keçdik. İnanın, hazırlaşmaq üçün vaxtımız az olsa da, üstün cəhətlərimiz nədirsə, onu yaxşılaşdırmağa çalışdıq. Şükürlər olsun, alındı. Baxımlı futbol oynamaq istəyirdik. Gözəl üç qol vurmaq möhtəşəmdir. Yaxşı oyun, hücumla bunu etmək böyük sevincdir. Pozitiv notlarla danışıqlarımız olmuşdu. “Ayaks”la oyundan sonra neqativ fikirlər yaranmağa başlamışdı və bu, futbolçulara çox təsjr etmişdi. Bunu geridə qoya bildik və şansımızdan istifadə etməyə çalışdıq. Bu gün oyun keyfiyyətimizi yaxşılaşdırdıq.
– “Liverpul”la oyunöncəsi azarkeşlərə nə deyə bilərsiniz?
– Səfə inamlı gedəcəyik. Orda oynamaq asan deyil. İngiltərədə çılğın azarkeşlərə sahib klublardandır. Futbolçulara çəkinmədən oynamağı tövsiyə edəcəm. Belə arenada oynamaqdan həzz almaq lazımdır. Tapşırıq verəcəm ki, minimum bugünkü oyunu saxlayaq. İndicə cənab prezidentin təbrikini oxudum. Təşəkkür edirəm!
– Buraxılan qollarda Bəhlulun müəyyən səhvləri var idi. Son dəqiqədə də qələbə qolunu vurdu. Onu bağışlamaq olarmı?
– Niyə də yox. (gülür) Futbol səhvlər oyunudur. Müdafiəçilər həmişə daha çox səhv edir. Bugünkü qola görə bütün səhvlərini bağışlamaq olar.
– Cənab prezident də paylaşımında hamkm səhvinə toxunub. Siz nə düşünürsünüz?
– Əlavə şərhə ehtiyac yoxdur. Futbolda belə hallar olur. Düzgün, geniş şərhi prezidentimiz verib.
– Futbolu olmayan ölkənin təmsilçisi kimi dünyanın ən güclü turnirində “Barselona” ilə bir sırada olmaq, almanları məğlub etmək necə hissdir?
– Futbolumuz var, daha inkişaf etməliyik. İnanıram ki, hər şey illər keçdikcə4daha yaxşı olacaq. Böyük komandalarla bir sırada olmaq qürurvericidir. Hər qələbə inamı daha artırır. Eyni zamanda belə klubların Bakıya gəlməsi futbolu daha da sevindirir.
– Bu meydanlarda bir addımlayır, bir yaşlanırıq. 5-10 il əvvəl deyirdiniz ki, belə komandalarla mübarizə aparmaq üçün illər lazımdır. İndi nə fikirdəsiniz?
– Avropa futbolu daha sürətli inkişaf edir. Çatışmazlıqlarımız daha çox görünür. Təhlillərə baxanda görürük ki, rəqib bizim düşdüyümüz epizodları soyuqqanlı qəbul edir. Çünki onlar illərlə bu basqıda oynayır. Dünən də dedim, biz qələbəni öz oyunumuzla əldə etməliyik. Öz prinsiplərimiz, oyunumuz olmalıdır.
– Elvin Cəfərquliyev əvəzlənmə istəmişdi. Durumu necədir?
– Yorulmuşdu, ona görə çıxmaq istəyirdi.
– Montielin tam hazır olmadığını demişdiniz. Ancaq startda meydana çıxdı…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Yanvar 2026 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















