Qurban Qurbanovun “Ayntraxt” planı... dünənki məşqdə zədələnən var? | Icma.az
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” bu gün növbəti çətin sınaqdan üzüağ çıxmağa çalışacaq.
Söhbət ÇL-nin liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”a qarşı keçiriləcək oyundan gedir.
Ağdamlılar saat 21.45-də start götürəcək dueldə Frankurt təmsilçisini məğlub etmək üçün dəridən-qabıqdan çıxacaq.Daha əvvəl sizi “qartallar”ın heyəti, zədəliləri haqda məlumatlandırmış, rəqibin Bakıya qələbə qazanmaq məqsədi ilə gəldiyini bildirmişdik.
Təbii ki, Qurban Qurbanovun komandasının da hədəfi 3 xala yiyələnmək olacaq.
Axı işin ucunda tarixdə ilk dəfə ən mötəbər klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanmaq var və “Qarabağ” bu uğura bir addımda yaxınlaşmağın astanasındadı.Maraqlıdı, bəs, komandanın dünənki məşqində zədələnən olubmu?
Allah eləməmiş, baş məşqçi planlarında dəyişiklik etməyə məcbur qala bilərmi?“Football-plus.az”ın suallarını cavablayan “Qarabağ”ın mətbuat xidmətinin əməkdaşı Anar Həsənov bildirdi ki, heyətdə zədəli yoxdu.
Yəni Qurban Qurbanov start heyətini müəyyənləşdirməkdə çətinlik çəkməyəcək.
Tam oxu
Xəbəri oxu