Qurban Qurbanovun “Ayntraxt” planı... dünənki məşqdə zədələnən var?
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” bu gün növbəti çətin sınaqdan üzüağ çıxmağa çalışacaq. Söhbət ÇL-nin liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”a qarşı keçiriləcək oyundan gedir. Ağdamlılar saat 21.45-də start götürəcək dueldə Frankurt təmsilçisini məğlub etmək üçün dəridən-qabıqdan çıxacaq.
Daha əvvəl sizi “qartallar”ın heyəti, zədəliləri haqda məlumatlandırmış, rəqibin Bakıya qələbə qazanmaq məqsədi ilə gəldiyini bildirmişdik. Təbii ki, Qurban Qurbanovun komandasının da hədəfi 3 xala yiyələnmək olacaq. Axı işin ucunda tarixdə ilk dəfə ən mötəbər klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanmaq var və “Qarabağ” bu uğura bir addımda yaxınlaşmağın astanasındadı.
Maraqlıdı, bəs, komandanın dünənki məşqində zədələnən olubmu? Allah eləməmiş, baş məşqçi planlarında dəyişiklik etməyə məcbur qala bilərmi?
“Football-plus.az”ın suallarını cavablayan “Qarabağ”ın mətbuat xidmətinin əməkdaşı Anar Həsənov bildirdi ki, heyətdə zədəli yoxdu. Yəni Qurban Qurbanov start heyətini müəyyənləşdirməkdə çətinlik çəkməyəcək. Kəsəsi, hansısa sürpriz olmasa, meydanda mütəxəssisin hamıya, hətta rəqibə belə məlum olan ilk “11-liy”ini görəcəyik.
Bu o deməkdi ki, saat 21.45-i iplə çəkməyə dəyər!
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 21 Yanvar 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















