Qurban verilən Ukrayna, Avropanı gözləyən ölümcül təhlükə | Icma.az
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kollektiv Qərbin Rusiya-Ukrayna münaqişəsinin ilk günlərindən indiyədək vahid mövqeyini və düzgün strategiyasını müəyyən edə bilməməsi Ukraynanın qurban verilməsi ilə nəticələnir.
Strategiyanın və hesablamaların düzügün edilməməsi nəticəsində 2014-cü ildə Krımla yanaşı Donbas və Luqanskın müəyyən qismi Rusiya tərəfindən ilhaq edildi.
Növbəti yanlışlığın nəticəsi olaraq 2022-ci ilin fevralından sonra başlayan müharibədən sonra isə Ukrayna daha böyük ərazi itikisi ilə üzləşdi.
Hazırda Ukraynanın 20 faizədək ərazisi Rusiya tərəfindən işğal olunaraq, ölkə iqtisadiyyatı, mühüm əhəmiyyət kəsb edən infrastrukturu dağıdılıb.
Nəticədə 10 ildən artıq davam edən münaqişədə Qərb Rusiya üzərində qələbəsini təmin edə bilməyərək Ukraynanın parçalanması və qurban verilməsi ilə hesablaşmalı oldu.
Qərb-Rusiya savaşında qurban verilən Ukrayna artıq Avropanın özünün təhlükəsizlik arxitekturasına ciddi təhdid mənbəyinə çevrilib.
İstər hərbi, istər siyasi, istərsə də iqtisadi cəhətdən Avropa üçün ciddi təhlükələr yaranıb və bu özünü açıq formada büruzə verir.
Tam oxu
Xəbəri oxu