Icma.az
close
up
RU
Qurban verilən Ukrayna, Avropanı gözləyən ölümcül təhlükə

Qurban verilən Ukrayna, Avropanı gözləyən ölümcül təhlükə

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kollektiv Qərbin Rusiya-Ukrayna münaqişəsinin ilk günlərindən indiyədək vahid mövqeyini və düzgün strategiyasını müəyyən edə bilməməsi Ukraynanın qurban verilməsi ilə nəticələnir. Strategiyanın və hesablamaların düzügün edilməməsi nəticəsində 2014-cü ildə Krımla yanaşı Donbas və Luqanskın müəyyən qismi Rusiya tərəfindən ilhaq edildi. Növbəti yanlışlığın nəticəsi olaraq 2022-ci ilin fevralından sonra başlayan müharibədən sonra isə Ukrayna daha böyük ərazi itikisi ilə üzləşdi. Hazırda Ukraynanın 20 faizədək ərazisi Rusiya tərəfindən işğal olunaraq, ölkə iqtisadiyyatı, mühüm əhəmiyyət kəsb edən infrastrukturu dağıdılıb. Nəticədə 10 ildən artıq davam edən münaqişədə Qərb Rusiya üzərində qələbəsini təmin edə bilməyərək Ukraynanın parçalanması və qurban verilməsi ilə hesablaşmalı oldu. Qərb-Rusiya savaşında qurban verilən Ukrayna artıq Avropanın özünün təhlükəsizlik arxitekturasına ciddi təhdid mənbəyinə çevrilib. İstər hərbi, istər siyasi, istərsə də iqtisadi cəhətdən Avropa üçün ciddi təhlükələr yaranıb və bu özünü açıq formada büruzə verir. Son bir ildə Avropadakı siyasi böhranların yaranması, iqtisadiyyatın tənəzzülü, hərbi cəhətdən yaranan problemlər bunun göstəricisidir. Avropa bu təhlükənin real olduğunu görür və ciddi təlaş keçirir. ABŞ-də Trampın hakimiyyətə gəlişindən sonra Avropa ilə ABŞ arasında yaranan fikir ayrılığının və narahatlığın kökündə dayanan əsas məsələ də məhz budur. Odur ki, hazırda Qərbi narahat edən Ukrayna deyil, Avropanı gözləyən təhlükədir. 

Avropa liderlərinin Londanda keçirilən sammiti də gözlənilən təhlükə və təhlükənin aradan qaldırılması istiqamətində addımların atılması məqsədi daşıyırdı. Hazırkı şəraitdə Avropanın təhlükəsizliyinin təminatı Ukraynadan asılıdır. Əgər Ukraynanın Rusiya tərəfindən ilhaq edilməyən ərazilərinin təhlükəsizliyinə etibarlı şəkildə zəmanət olmayacağı təqdirdə, Avropanın təhlükəsizlik arxitekturası ciddi təhdid altında qalmış olacaq.  

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Avropa liderlərinin sammitində açıq şəkildə bəyan edib ki, ABŞ-nin son həftələrdə yürütdüyü siyasət Avropa liderləri arasında Ukrayna məsələsi və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı suallar yaradıb:

“Bu məsələ açıq şəkildə müzakirə olunur. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağına birlikdə baxacağıq. Avropa liderlərinin Ukrayna və Avropanın təhlükəsizliyi məsələlərinə dair görüşləri iki-üç həftədən bir keçirilə bilər”.

Baxmayaraq ki, bəzi Avropa ölkələrinin liderləri və siyasətçiləri müəyyən fikirlər səsələndirsə də, bütövlükdə Qərb Kiyevə belə bir zəmanətlərin verilməsində qeyri-müəyyənlik və tərəddüd içərisindədir.

Avropa onu da yaxşı anlayır ki, təkbaşına Ukrayna məsələsində ciddi uğur əldə edə bilməyəcək. Türkiyənin də Avropa liderlərinin sammitinə dəvəti məhz bununla bağlı idi. Avropa da artıq Ankaranın Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində həlledici açar ölkələrdən biri olduğunu qəbul edir.

Avropa ABŞ-ni hər vəchlə birgə əməkdaşlığa sövq etməyə çalışır. Bu səbəbdən də avropalı liderlərin Ağ Evin yeni administrasiyası ilə yaxşı münasibətlərdə olmasa da, Zelenskiyə Trampla münasibətlərini normallaşdırmağı təkidlə tövsiyə edirlər. Çünki ABŞ olmadan Moskva ilə hər hansı ciddi irəliləyiş mümkün olmayacaq.

ABŞ isə Ukrayna üzərindən öz oyunlarını oynayaraq həm qazanmaq istəyir, həm də Avropanı öz basqısı altında saxlamaq istəyir. Çünki münaqişə ABŞ-dən çox uzaqdadır. ABŞ Birinci və İkinci dünya müharibələrində olduğu kimi Avropadakı münaqişələrdən öz maraqları üçün faydalanmağa, eyni zamanda şərtlərini diktə etməyə çalışır.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Mart 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri