Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? İlahiyyatçı cavab verir | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb) Dini inanca görə, Qurban yalnız heyvan kəsməklə məhdudlaşan dini mərasim deyil, o, insanın tanrıya sədaqətini, itaətini və fədakarlığını simvolizə edən dərin mənəvi ibadətdir.
İbrahim peyğəmbərin sınaqları ilə formalaşdığı deyilən bu ayin, İslam dini ilə birlikdə daha da möhkəmlənərək, həm fərdi ibadət, həm də sosial yardım forması kimi cəmiyyətin həyatında özünə mühüm yer eləyib.
Qurbanlıq kəsmək maddi imkanı olan müsəlmanlara vacib buyurulmuş bir ibadətdir.
Bu ibadət yalnız fərdin Allaha yaxınlaşması üçün vasitə deyil, eyni zamanda ehtiyacı olanların sevindiyi, sosial həmrəyliyin gücləndiyi və cəmiyyət daxilində paylaşma mədəniyyətinin yaşadıldığı mühüm dini-sosial hadisədir.
Lakin bəzən bu ibadətin mahiyyəti yanlış anlaşılır, sırf ət paylama, həmin gün "ət yemə mərasimi” kimi dəyərləndirilir və ya müxtəlif səbəblərlə icrasından yayınmaq halları baş verir.
Qaynarinfo Qurban bayramını, onun mahiyyətini, cəmiyyətə verdiyi mesajları, mənəvi dəyərlərə təsirini ilahiyyatçı Tural İrfan ilə müzakirə edib.
- Tural bəy, Qurban ibadətinin mahiyyəti nədir? Bu, sadəcə bir ənənə, yoxsa dərin mənəvi təcrübədir?
Tam oxu
Xəbəri oxu