Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? İlahiyyatçı cavab verir

Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? İlahiyyatçı cavab verir

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Dini inanca görə, Qurban yalnız heyvan kəsməklə məhdudlaşan dini mərasim deyil, o, insanın tanrıya sədaqətini, itaətini və fədakarlığını simvolizə edən dərin mənəvi ibadətdir. İbrahim peyğəmbərin sınaqları ilə formalaşdığı deyilən bu ayin, İslam dini ilə birlikdə daha da möhkəmlənərək, həm fərdi ibadət, həm də sosial yardım forması kimi cəmiyyətin həyatında özünə mühüm yer eləyib.

Qurbanlıq kəsmək maddi imkanı olan müsəlmanlara vacib buyurulmuş bir ibadətdir. Bu ibadət yalnız fərdin Allaha yaxınlaşması üçün vasitə deyil, eyni zamanda ehtiyacı olanların sevindiyi, sosial həmrəyliyin gücləndiyi və cəmiyyət daxilində paylaşma mədəniyyətinin yaşadıldığı mühüm dini-sosial hadisədir. Lakin bəzən bu ibadətin mahiyyəti yanlış anlaşılır, sırf ət paylama, həmin gün "ət yemə mərasimi” kimi dəyərləndirilir və ya müxtəlif səbəblərlə icrasından yayınmaq halları baş verir. 

Qaynarinfo Qurban bayramını, onun mahiyyətini, cəmiyyətə verdiyi mesajları, mənəvi dəyərlərə təsirini ilahiyyatçı Tural İrfan ilə müzakirə edib.


- Tural bəy, Qurban ibadətinin mahiyyəti nədir? Bu, sadəcə bir ənənə, yoxsa dərin mənəvi təcrübədir?

- Qurban İslam dinində Həcc ibadətinin tərkib hissəsi olan bir ayindir. Həcdə olan imkanlı şəxslərə qurban kəsmək vacibdir. Eyni zamanda Həcdə olmayan, öz məmləkətində olan imkanı çatan şəxslərə də qurban kəsmək vacibdir. Qurbanın fəlsəfəsi ondan ibarətdir ki, insan malından Allah yolunda qurban etməklə Yaradana sadiq olduğunu sübut etsin və yeri gəlsə, canını da kəsdiyi qurban kimi fəda etməyə hazır olduğunu ifadə etmiş olsun. Adəm peyğəmbərdən bəri qurban ayini var. Quranda Adəmin övladlarının da qurban kəsdiyi haqda məlumat var. Əsasən İbrahim peyğəmbər zamanından mötəbər olan bu ibadət İslam dinində də öz yerini alıb. Allah Həzrət İbrahimin sədaqətini, səmimiyyətini yoxlamaq üçün yuxu vasitəsilə ona oğlu İsmaili qurban etməyi əmr edərək, onu bir növ sınağa çəkib. İbrahim də yuxuya uyğun olaraq oğlunun da razılığı ilə onu qurbangaha götürüb. Nəhayət, Allah təala onların sadiqliyinə görə insandan deyil, heyvandan qurban ediləcəyini əyan edib və rəvayətlərə görə, qoç göndərib. Beləcə bu ibadət ənənəyə çevrilərək insanların Allaha yaxınlaşması üçün, eyni zamanda digər insanlara sosial yöndən dəstək olmaq üçün qurban kəsməyə davam edilib. Həzrət Muhəmməd də bu ibadəti davam etdirərək, özü də Həcc zamanı yaxud başqa zamanlarda dəvədən, qoyundan qurbanlar kəsib paylayıb. Allahın yaratdığı heyvanı elə yaradıcının da yolunda qurban etmək, fəda etmək, ətini paylaşmaq bu ibadətin əsasını təşkil edir.

- Adətən Qurbanın mahiyyətini qoç kəsib, ətini paylamaqda görürük. Lakin elə şəxslər var ki, onun ehtiyacı ətə deyil, məsələn, çörəyə, geyimədir. Belə olan halda olar ki, qoç kəsilmədən qarşıdakı insanın ehtiyacına uyğun ona qurban payı verilsin? 

- İbadəti və onun mahiyyətini təhrif etmək olmaz. Qurban qurban kimi icra edilməlidir. Yəni o şəxsə ki, qurban kəsmək vacibdir, mükəlləfdir, boynuna borc gəlib, gərək mütləq kəssin və paylasın. Yox, onu başqa şeylə əvəz etmək, bu, artıq qurban deyil, digər yaxşılıq vasitəsidir. O yaxşılığı da etmək üçün Qurban bayramını gözləmək lazım deyil. İstənilən gündə etmək olar. Yəni, qurban ətinə deyil, başqa şeyə ehtiyacı olan zümrəyə yardım etmək lazımdır, amma bu boynunda qurban vacib olan kəsimin həmin ibadəti təxirə salması bahasına ola bilməz.

Kasıb və imkansız adamlara yardım etmək kimi humanist dəyərlər İslam dinində əsas prinsiplərdəndir. Qurban ərəfəsində kimin imkanı varsa, Allah yolunda dəvə, inək, camış, keçi və qoyundan qurban kəsə, imkansız zümrəyə paylaya bilər. Kimin də imkanı buna çatmırsa, əlində olan digər imkan və vasitələrdən istifadə edərək kasıb təbəqəyə əl tutar, sədəqə verər.


- Bəs kimlərə qurban kəsmək vacibdir? Hər kəs qurban kəsməlidirmi?

- Qurban kəsmək, imkanı çatan bütün müsəlmanlara vacibdir. Bütün imkanlı müsəlmanlar qurban kəsib paylasa, həmin ərəfədə ehtiyaclı adam qalmaz. Amma bunu hamı etmir. Hətta milyonları olan adam var ki, bircə dəfə də qurban kəsmir. Ona görə də Qurban bayramında sosial nizam pozulur. Yaxud elə müsəlman var ki, ildə bir dəfə də dilinə ət dəymir. Maddi imkanı çatan şəxslər kəsib yarısını ailəsi üçün, yarısını da qohum qonşu və kasıblar üçün paylamalıdır. Varlı adamlar digər müsəlman ölkələrində minlərlə heyvan kəsirlər, bu da onların malına bərəkət verir. Bizdə isə varlı adamlar qorxurlar ki, çox kəssələr, birdən malları azalar, ziyana düşərlər.

- Qurban bayramı insanların birliyinə və sosial həmrəyliyə necə təsir edir?

- Qurban bayramı və Ramazan bayramı İslamda iki əsas bayramdır. Bu bayramlar insanların həmrəyliyi, vəhdəti, sosial cəhətdən yaxınlaşması, aralarında ünsiyyətin artması və yeni əlaqələrin qurulması üçün önəmlidir. Xalqımız da əsrlərdir bu bayramları qeyd edir, yaşadır.  Qurban bayramı üç gün davam edir. İnsanlar qurbangahlarda qurban kəsir, paylayır, sosial əlaqələri inkişaf etdirirlər. Məclislər, ehsan süfrələri açaraq əsasən həssas təbəqəni dəvət edir, bir-birinə ikram edirlər. Bayram namazları qılınır. Bu zaman yenə də insanlar məsciddə toplaşır, dualar edilir, küsülülər barışır. Yaxşı olar ki, bu günlərdə dünyadan gedənlər də ziyarət edilsin, şəhidlər yada salınsın, dualar oxunsun.

Günay İlqarqızı


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 İyun 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri