Qurbanov: “Azarkeşsiz futbol çox zəif görünür” | Icma.az
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XXXI turunda keçirilən “Qarabağ” – “Neftçi” (3:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü: – Azarkeşlərə təşəkkür etmək istəyirəm.
Stadionda tam başqa ab-hava var idi. Bu stadionda hələ belə dəstək olmamışdı. Hər oyun onları gözləyirik.
Azarkeşsiz futbol çox zəif görünür. Bugünkü oyunda azsaylı azarkeş olsaydı bəlkə də belə maraqlı oyun olmazdı. Futbolçularımı təbrik edirəm.
Sona qədər motivasiyalarını qorudular. Buna baxmayaraq, “Neftçi” bir neçə qol epizodu yaratdı. Onlara və Samirə uğurlar arzulayıram.
Onun üçün asan deyil ki, istədiyi futbolu göstərsin. Amma mən məşqçi olaraq bunu görürəm.
– İlk hissədə 3 qol vursaz da ikinci hissədə də hücumlarınız dayanmadı. Bu, “Araz-Naxçıvan”la oyuna hazırlığınızın işarəsidir?
Tam oxu
Xəbəri oxu