Icma.az
close
up
RU
Qurbanov: “Azarkeşsiz futbol çox zəif görünür”

Qurbanov: “Azarkeşsiz futbol çox zəif görünür”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXI turunda keçirilən “Qarabağ” – “Neftçi” (3:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərə təşəkkür etmək istəyirəm. Stadionda tam başqa ab-hava var idi. Bu stadionda hələ belə dəstək olmamışdı. Hər oyun onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Bugünkü oyunda azsaylı azarkeş olsaydı bəlkə də belə maraqlı oyun olmazdı. Futbolçularımı təbrik edirəm. Sona qədər motivasiyalarını qorudular. Buna baxmayaraq, “Neftçi” bir neçə qol epizodu yaratdı. Onlara və Samirə uğurlar arzulayıram. Onun üçün asan deyil ki, istədiyi futbolu göstərsin. Amma mən məşqçi olaraq bunu görürəm.

– İlk hissədə 3 qol vursaz da ikinci hissədə də hücumlarınız dayanmadı. Bu, “Araz-Naxçıvan”la oyuna hazırlığınızın işarəsidir?
– Belə bir planımız yox idi. “Səbail”lə oyunda da fikirlərimi bildirmişdim ki, hələ belə tsiklda 8 gün boş qalan vaxtımız olmamışdı. Düzü bir az narazılığım var idi. Həm güc, həm dözümlülük barədə bir az narazılığım var idi. Amma görünən odur ki, proqramımızı düz tutmuşuq. 90 dəqiqə öz güclərini ortaya qoydular.

– Öncə çempionluq münasibətiylə sizi təbrik edirəm. Bir həftə əvvəl Bayılda Səbaillə oyundan sonra demişdiniz ki, “Nə olursa olsun, oyun günü komandanın yanından ayrılmaq istəmirəm.” Bu gün isə Hacı Əliyevin obyektinin açılışında iştirak etmisiniz. Bu da ictimaiyyət arasında birmənalı qarşılanmır. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən inciməz?
– Hələ çempion olmamışıq. Buna bir az fərqli yanaşmaq lazımdır. İK-da 10-15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla müzakirələr gedir. Onlara bir gün əvvəldən fikirlərimi bildirirəm. Hacının kiçik biznesinin açılışında isə gedib uğurlar arzulayıb qayıtdım.

– Medina 4 oyundur ki, oynamır. Yayda da müqaviləsi bitir. Onunla yolları ayıracaqsız?

– Medinaya gəlincə, Matteusla əvəzlənib. Bu, o demək deyil ki, oyunundan razı deyiləm. Sadəcə Silvaya daha çox şans vermək istəyirəm. Medina bizim oyunçudur.

– Abbas zədədən sonra daha az vaxt qazanır. Torala rəqabətdə uduzur?
– Abbasın 2 zədəsi olmuşdu. Çox yüklənən əzələ problemi var idi. Baldır nayihəsində bu var idi. İnşallah ki, qarşıdakı oyunlarda şans veriləcək

– Çoxlu qol epizodlarını qaçırtmağınız sizi narahat etmir?
– Tam yox. Bir var epizoda məsuliyyətsiz yanaşmaq, bir də var ki, daha çox istəkdən belə hallar olur. Nəzərə alaq ki, Kadidə bu epizodlar daha çox oldu.

– Nəriman 37 oyunda 12 qol 11 asistlə irəliləyir. Razısız?
– Yaxşı mənada çox dəyişilir. Daim diskussiyalarımız olur. Futbolu daha çox sevməlidir və daha işgüzar olmalıdır. Tam razı deyiləm. O öz üzərində daha çox çalışsa, onun potensialı daha yüksəkdir. Belə olsa bombardirlər siyahısında lider olmalı idi. Buna borcludur.

– Mahir Emrelinin müqaviləsi yayda bitir. Onu komandaya cəlb etmək istəyirsiz?
– Bizim Mahirlə danışığımız olmayıb. Onsuz da onun məqsədi daha çox Avropada oynamaqdır. Onun orada oynamağı daha məsləhətdir.

– Musa Qurbanlının ayrıldığı “Yurqorden” və bu il yeganə məğlub etdiyiniz “Bodo-Qlimt” Konfrans Liqasında yarımfinala yüksəldi. Musa oradan ayrıldığına peşman deyil?
– Bu barədə danışmamışam. Peşmanlığa ehtiyac yoxdur. Hardasa uğurlu, hardasa uğursuz olursan. Geriyə yox, gələcəyə baxmaq lazımdır. “Bodo-Qlimt” bunu haqq edirdi. Mənim çox diqqətimi cəlb edən komandadır. Adlı-sanlı klublara 3-4 qol vururlar. İnanın ki, imkanım olsa hətta oraya təcrübəyə də gedərəm. “Tottenhem”lə qarşılaşacaq. O da bizim komandadır (gülür). Hər ikisinə uğurlar arzulayıram. Keçən mövsüm bizim də yarımfinala çıxmaq şansımız var idi. Ən azından bizim oynadığımız klublardan biri finalda oynayacaq.

– Demək olarmı ki, builki rəqiblərinizə görə “Qarabağ”ın bəxti gətirmədi?
– Oyunların ümumi keyfiyyətinə baxsaq, bizim qalib gəlmək şanslarımız daha çox olub. Nələrisə düz etməmişik. Belə xırda detallar var. Hansınınsa bizə qarşı oyunda 5 baş üstün oynadığını deyə bilmərəm. Böyük bir təcrübə oldu. Xüsusən, böyük oyunlarda məğlub olmaq futbolçulara təcrübə verir. Digər tərəfdən sistemin dəyişməsiylə 1/8 əlimizdə oldu. Növbəti illərdə qruplara düşsək, builki səhvlərdən yayınarıq.

– Yassin Benzianı növbəti mövsüm komandanızda görmək istəyərsiz?
– İstəyərəm. Ümumiyyətlə, danışıqlar gedir. Hələ qarşıda bir neçə ay var.

Mirkamal Kazım 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Aprel 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri