futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çempionlar Liqasının Liqa mərhələsinin III turunun “Atletik” – “Qarabağ” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı bunları deyib: – Rəqibi təbrik edirəm. Maraqlı, yaxşı oyun alındı.
İstərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Hər bir halda, yaxşı mübarizə apardıq. Futbolçularım bunu bacardılar.
Oyundan əvvəl dediklərimizin şahidi olduq. Dinamik, sürətli komandaya qarşı oynadıq. Futbolçular üçün asan deyildi.
Onların qarşısında möhkəm durdular. İkinci hissədə daha çox riskə getdik və rəqib üçüncü qolu da vurdu.
Oyunlar getdikcə rəqiblər daha böyüyür, məsuliyyət artır. Çünki hər bir turdan sonra rəqiblər qələb qazanmaq, xallarını artırmaq istəyəcək.
Qarşıda böyük komandalar var. Bu matçlarda yaxşı mübarizə aparmağa çalışacaq, çəkinmədən oynayacağıq.