Icma.az
close
up
RU
Qurbanov: “Benfika” səfərindəki geridönüş burda da ola bilərdi”

Qurbanov: “Benfika” səfərindəki geridönüş burda da ola bilərdi”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionlar Liqasının Liqa mərhələsinin III turunun “Atletik” – “Qarabağ” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı bunları deyib:

– Rəqibi təbrik edirəm. Maraqlı, yaxşı oyun alındı. İstərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Hər bir halda, yaxşı mübarizə apardıq. Futbolçularım bunu bacardılar. Oyundan əvvəl dediklərimizin şahidi olduq. Dinamik, sürətli komandaya qarşı oynadıq. Futbolçular üçün asan deyildi. Onların qarşısında möhkəm durdular. İkinci hissədə daha çox riskə getdik və rəqib üçüncü qolu da vurdu. Oyunlar getdikcə rəqiblər daha böyüyür, məsuliyyət artır. Çünki hər bir turdan sonra rəqiblər qələb qazanmaq, xallarını artırmaq istəyəcək. Qarşıda böyük komandalar var. Bu matçlarda yaxşı mübarizə aparmağa çalışacaq, çəkinmədən oynayacağıq.

– Bu görüşü “Benfika” matçı ilə necə müqayisə edərdiniz? Ümumiyyətlə, yaxşı nəticə üçün nə çatmadı?
– İndi dəqiq nəsə fikir bildirə bilmərəm, gərək oyunu yenidən izləyim. “Atletik” 90 dəqiqə dinamik oynadı, təzyiq edə bildi. Komandaları fərqləndirmək istəmirəm. “Benfika” səfərindəki geridönüş burda da ola bilərdi. İkinci hissə oyuna yaxşı başladıq. Sürətli hücumlarımız oldu, amma dəqiqlik çatmadı. Rəqibin ustalığı bizdən daha yuxarı idi. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Burda həm də daha çox güc sərf etdik, daha çox təzyiq var idi.

– Oyunun qırılma anı hansı idi?
– Bəlkə, ikinci qol. İkinci qolu buraxanda istər-istəməz futbolçularda inam itir. Buna baxmayaraq, geri çəkilmədik, daha çox hücumda olmaq, inamlı oynamaq istədik. Bəzi epizodlarda daha soyuqqanlı olmaq lazım idi. “Atletik” üçün oyun daha rahat idi. Onlar ilboyu bu cür təzyiqlə oynayırlar. Bizdə belə oyunlara hazırlıq yüksək səviyyədə keçmir. Mübahisəli penalti epizodunu da qeyd etmək olar. Düzdür, epizodu tam görməmişəm, amma penalti olduğunu deyənlər də var idi.

– Komandaya həddən çox diqqət var. Növbəti rəqiblər daha güclənir. Futbolçuları tonusda saxlamaq nə dərəcə çətindir?
– Əfsuslar olsun, bəzən belə sürətli oyunlarda problemlər yaşayırsan. Klublar sıx qrafikdədir. Futbolçuların nə istirahətə, nə yaxşı məşqə vaxtı olur. 3-4 gündən bir oyunlar keçir. Dünya futbolunda bu halları görürük. Azarkeşlər bəzən daha sürətli, baxımlı futbola baxmaq istəyir. Belə anlarda da zədələr çoxalır. Bizdə neçə illərdir, bu təcrübədə oluruq. Belə oyunlarla sürəti saxlamağa çalışmalıyıq. Çempionatımızda belə ağır azarkeş təzyiqi, sürət, mübarizə yoxdur, çox azdır.

– Xal qazanmaq üçün nə çatmadı?
– Belə oyunçularda futbolçuların ustalığı daha çox önə çıxır. Çox çalışdıq, əziyyət çəkdik, qələbə üçün mübarizə apardıq. “Atletik” sürətli hücum edən komandalardandır və bunu hiss etdik. Futbol səhvlər üzərində qurulub. Bəzən rəqib buna məcbur edir. “Atletik” bu gün çox istəkli idi. Belə matçlar böyük oyunlardı. Kiçik element məğlubiyyətə gətirib çıxarır.

– Nərimanın oyununu necə dəyərləndirirsiniz?
– Məğlub olanda məsləhətlər, fikirlər çox olur, oyunlar daha çox analiz edilir. Bu gün yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Bu gün Elvin olsun, Nəriman olsun, rəqibə təzyiq yarada biliriksə, sevinməliyik. Onlara inanmaq, güvənmək lazımdır. Oyunçuya ilboyu təzyiq varsa və meydana çıxıb özünü idarə edə bilirsə, böyük iş görmüş olur. Nərimana son vaxtlarda çox təzyiq oldu. Onun 21 yaşı var. Yanında olmalı, potensialını açmalıyıq. Oyunlara baxsaq, Nəriman qələbələrdə böyük pay sahiblərindən olub. Qol vurub, məhsuldar ötürmə edib. Azarkeşləri də başa düşmək lazımdır, daha artığını istəyirlər. Bugünkü uğurlarımız bu uşaqların meydanda əziyyət çəkmələri sayəsindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Oktyabr 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri