futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çempionlar Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü. – Hamımız üçün tarixdə ağır gündür. Başımız sağ solsun!
Oyuna gəlincə, vacib matçdır. Düzdür, hazırlıq üçün vaxtımız çox olmadı.
Hər bir halda, Antalyada da fikirlərimi bildirdim ki, istirahət və oyuna sakit hazırlaşmaq üçün bir az vaxt oldu.
Səmərəli istifadə etməyə istədik. Futbolçuları azı fiziki cəhətdən hazırlamağa çalışdıq. Futbolçular çox istəkli və intizamlı idilər.
Bu oyuna, məşqə böyük əhəmiyyət verirdilər. Meydanda intizamlı komanda görəcəksiniz. Rəqibin də düşərgəsində dəyişikliklər var.
Bu, bizə mane olan amillərdəndir. Daha istəkli və aqressiv olacaqlar. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.