Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Qurbanov: “Əlimizdə şans varsa, niyə istifadə etməyək?”

Qurbanov: “Əlimizdə şans varsa, niyə istifadə etməyək?”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionlar Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– Hamımız üçün tarixdə ağır gündür. Başımız sağ solsun! Oyuna gəlincə, vacib matçdır. Düzdür, hazırlıq üçün vaxtımız çox olmadı. Hər bir halda, Antalyada da fikirlərimi bildirdim ki, istirahət və oyuna sakit hazırlaşmaq üçün bir az vaxt oldu. Səmərəli istifadə etməyə istədik. Futbolçuları azı fiziki cəhətdən hazırlamağa çalışdıq. Futbolçular çox istəkli və intizamlı idilər. Bu oyuna, məşqə böyük əhəmiyyət verirdilər. Meydanda intizamlı komanda görəcəksiniz. Rəqibin də düşərgəsində dəyişikliklər var. Bu, bizə mane olan amillərdəndir. Daha istəkli və aqressiv olacaqlar. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İnanıram ki, ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.

– “Ayntraxt”da baş məşqçi dəyişikliyi planlarınızı nə dərəcə pozdu?
– Düşünmək olar. Həqiqətən, oyunlara baxırdıq, yanvardan buyana üç matç keçiriblər. Həm fərqli heyət, həm fərqli sistemdə meydana çıxırdılar. Oyunun gedişində müxtəlif hücumlar qururdular, hər oyunda fərqli müdafiə olunurdular. Buna uyğun işimizi aparırdıq. Amma planlar dəyişdi. Sabah meydanda çox diqqətli olmalıyıq ki, gedişlərini tuta bilək. Əsas öz oyunumuzu intizamlı oynasaq, diqqətli olsaq, rəqibin nə etmək istədiyini bilsək, problem olmamalıdır. Düzdür, təcrübəli komandadırlar. Ümumi özünəməxsus alman intizamı var, bunlar öz yerində. Lakin bizim də təcrübəmiz var. Futbolçuların hazırlığı ümid verir ki, daha yaxşı oynaya bilər. Uğurlu nəticə əldə edə biləcəyimə inanıram. Ümumilikdə, bizimçün sürpriz oldu, fikrimiz qarışdı.

– Rəqib sabah Bakıya gələcək və məşq etməyəcək. Daha əvvəl “Çelsi” belə etmişdi və onlardan xal aldınız. “Ayntraxt”ın da Bakıda məşq keçməməsi üstünlük verir?
– Xeyir, böyük əhəmiyyət kəsb etmir. Bəzən biz də oyungünü səfərə çıxmışıq. İnanmıram ki, bunun hansısa təsiri olsun.

– “Ayntraxt”ı oyuna hazırlayan Aleksandr Mayer 13 il əvvəl “Qarabağ”a üç qol vurmuşdu. Bu, sizinçün əlavə məqamdır?
– İndi qol vura bilməyəcək (gülür).

– Hava şəraiti oyuna necə təsir edəcək?
– Hər şəraitdə intizamlı olmağa çalışacağıq. Nadir hallarda belə havalarda matçlar təxirə salınır. İnanıram ki, hava oyuna ciddi təsir etməyəcək.

– Payızdakı tempi saxlamaq üçün qış fasiləsinin hansı müsbət və mənfi məqamları oldu?
– Müsbətdir. İstirahət üçün vaxtımız oldu. Bəzi komandalar üçün fasilə yararlı olmaya bilər. Ancaq düşünürəm ki, bizim üçün faydalıdır. Futbolçuların yorğunluğunu azalda bildik. Bəzi futbolçuların mikro zədələri var idi, bərpa etdik. Bəzi oyunçular optimal formadan uzaq düşə bilər, amma bu fasilənin ancaq faydası oldu.

– Bakıdakı mətbuat konfransında bildirmişdiniz ki, bir neçə oyunçu ilə danışıq aparırsız. Transfer olacaqmı?
– Gözlənti çoxdur, olmalıdır. Maneə olmazsa, baş tutacaq. Azı bir keçid olmalıdır.

– Daha çox yoxlama oyunu keçirə bilməməyinizin səbəbi nə idi?
– Vaxt.

– “Ayaks”la matçda öndə olduğunuz halda, qələbəni əldən verdiniz. Bu dəfə “Ayntraxt” da problemlər fonunda Bakıya gələcək. Komandada psixoloji durum necədir?
– Bu turnirin çəkisi böyükdür. Böyük futbol dediyimiz budur. Burda rəqib komandanın problemi var deyə fikirləşmək olmaz. Onlar yüz illərdir futbol oynayır, köklü klubdurlar. Məşqçi dəyişikliyi, hansısa futbolçunun yoxluğu onlara təsir etmir. Belə turnirlər onlar üçün əlavə motivasiya verir. Seçimləri çoxdur və futbolçular bir-birini əvəz edə bilir. “Ayaks”la danışanda elə fikirlər yaranır ki, sanki zəif komandaya uduzmuşuq. Futbolçularla danışığımız olub və rəqibin gücünü bilməli olduğumuzu qeyd etmişik. Bunlara uyğun işimizi qurmalıyıq. Bu gün də düşünmürəm ki, rəqib düşərgəsində hansısa problem var. Belə halların tez-tez şahidi oluruq. Böyük komandalar belə situasiyalara hazırdırlar. Əsas məsələ bizim hazırlığımızdır. Oyuna fərqli hazırlaşmışdıq, indi fərqli komanda görəcəyik. İllərlə ona görə istəmişəm ki, öz oyunumuzla, bacardığımızı edərək qələbə qazanaq. Hazırlıq planımızdakı düşüncələri, əminliyi sabah meydanda göstərə bilsək, yaxşı oyun keçirəcəyik və yaxşı nəticə əldə etmək gücündəyik. Baxmayaraq ki, rəqib Bundesliqadan gəlir, əlimizdə şans varsa, niyə istifadə etməyək? Biz çox ideya, fikir verə bilərik, lakin vacib məqam futbolçuların meydanda nələr etməsidir. Tempimizi qorumaq önəmlidir. Az qələbə qazanaq, öz oyunumuzla qazanaq.

– Montiel uzun müddət oynamamış gəlmişdi, amma indi formasına çatır. “Ayaks”la oyunda son dəqiqələrdə meydana çıxmışdı. Sabahkı oyunda forma şansını necə qiymətləndirirsiniz?
– Montiel futboldan xeyli vaxt uzaq qalmışdı. Bu gün durumu pis deyil. Futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram. İstər bir ay məşq eləməsin, ya eləsin. Reallığa baxsaq, gələndən çox əziyyət çəkib. İşinə peşəkar yanaşıb. Ondan razıyam. Hər bir halda, bu gün onu tam hazır hesab etmirəm. Məşqlərdə yaxşı olmasına, hazırlıq dönəmində qollar vurmasına baxmayaraq, hələ tam deyil. Belə böyük oyunlarda onun təcrübəsinə ehtiyac var. Ümumən, hazırlığından razıyam. İnanıram ki, belə davam etsə, daha yaxşı ola bilər. Məşqçi kimi çalışacam ki, onu yaxşı səviyyəyə gətirə bilək.

– Oyunun ölkə çempionatına köklənməyə təsiri var?
– Təsiri olur. Özünüz şahidi olursunuz ki, belə matçlardan sonra çempionatda xal itkilərimiz çox olub. Şükürlər olsun, neçə ildir, belə qrafikə baxmayaraq, yerimizi qorumuşuq. Digər ölkələrə baxanda görürsən ki, komandaların avrokuboklardan sonra çox problemləri olur. Bizdə də bəzən psixoloji yorğunluq, nəticələr çempionat matçlarına təsirini göstərir. Premyer Liqanın səviyyəsi artıb, indi daha çox güc sərf edirik, yarış çətinləşir. Çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Bunun üçün bizim 11 yox, 20-21 futbolçumuz var. Belə anlarda digər futbolçuların üzərinə böyük yük düşür. Bəzən üzdə olan futbolçularımız komanda üçün faydalı olsa da, “ikinci heyət”imiz – inanıram ki, bu söz futbolçuların xətrinə dəyməz, onların etdikləri daha faydalı ola bilir. Tempi saxlaya bilməsək, çempionatda qalib gələ bilməsək, növbəti il nə ÇL də, nə Avropa Liqasında ola bilərik.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:26
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri