Qurtuluşda qaz yox, təhlükə var | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksi artıq illərdir minlərlə sa
Amma burada hələ də müasir infrastrukturun vacib bir hissəsi mərkəzləşdirilmiş qaz təminatı yoxdur.
Sakinlər hələ də qaz balonlarından istifadə etməyə məcburdurlar. Bu isə təkcə narahatlıq yox, həm də ciddi təhlükə mənbəyidir.
Sakinlər bildirirlər ki, kompleksə köçdükləri gündən bu problem var.
İllərdir bu məsələ qaldırılır, müvafiq qurumlara müraciətlər olunur, sosial şəbəkələrdə və mediada paylaşılır, lakin dəyişən bir şey yoxdur.
Halbuki "Qurtuluş 93" təkcə fərdi evlər deyil, çoxmərtəbəli binalardan ibarət geniş bir yaşayış sahəsidir. Məntiqi sual yaranır.
Bakıətrafı ucqar bağ evlərinə, fərdi evlərə belə qaz çəkilirsə, minlərlə insanın yaşadığı kompleksə niyə verilmir?
Qaz balonlarından istifadə etmək həm fiziki olaraq çətindir, həm də partlayış riski ilə müşayiət olunur.
Tam oxu
Xəbəri oxu