Icma.az
close
up
RU
Qurtuluşda qaz yox, təhlükə var

Qurtuluşda qaz yox, təhlükə var

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksi artıq illərdir minlərlə sakinin yaşadığı iri bir yaşayış məntəqəsinə çevrilib. Amma burada hələ də müasir infrastrukturun vacib bir hissəsi mərkəzləşdirilmiş qaz təminatı yoxdur. Sakinlər hələ də qaz balonlarından istifadə etməyə məcburdurlar. Bu isə təkcə narahatlıq yox, həm də ciddi təhlükə mənbəyidir.

Sakinlər bildirirlər ki, kompleksə köçdükləri gündən bu problem var. İllərdir bu məsələ qaldırılır, müvafiq qurumlara müraciətlər olunur, sosial şəbəkələrdə və mediada paylaşılır, lakin dəyişən bir şey yoxdur. Halbuki "Qurtuluş 93" təkcə fərdi evlər deyil, çoxmərtəbəli binalardan ibarət geniş bir yaşayış sahəsidir.

Məntiqi sual yaranır. Bakıətrafı ucqar bağ evlərinə, fərdi evlərə belə qaz çəkilirsə, minlərlə insanın yaşadığı kompleksə niyə verilmir?

Qaz balonlarından istifadə etmək həm fiziki olaraq çətindir, həm də partlayış riski ilə müşayiət olunur. Bu kompleksdə, xüsusilə çoxmərtəbəli binalarda qaz balonlarının daşınması, saxlanması və istifadəsi ciddi təhlükə yaradır.

Kompleksin sakinləri bu məsələ ilə bağlı dəfələrlə Azəriqaz İstehsalat Birliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət etsələr də, yalnız ümumi və qeyri-müəyyən cavablar alıblar. “Texniki imkanlar yoxlanılır”, “Layihələndirmə mərhələsindədir”, “Mübahisəli ərazi sayılır” və s.

Bəzi məlumatlara görə, “Qurtuluş 93” kompleksinin bəzi hissələri rəsmi olaraq tam qanuni yaşayış məntəqəsi kimi tanınmayıb, yaxud infrastrukturun dövlət balansına keçirilməsi başa çatmayıb. Bu isə dövlət qurumlarının qaz çəkilişinə başlamasına əngəl yaradır. Lakin bu cür “status problemi” ilə minlərlə insanın həyatını riskə atmaq nə dərəcədə ədalətlidir?

“Qurtuluş 93” sakinləri artıq söz deyil, həqiqi addımlar gözləyir. Bu problemə cavabdeh qurumlar Azəriqaz, yerli icra hakimiyyəti, şəhərsalma orqanları birgə şəkildə hərəkət etməli və kompleksin qazlaşdırılmasını gecikdirmədən reallaşdırmalıdır. Çünki burada yaşayan minlərlə ailə hər gün qaz balonunun üstündə oturur. Bu isə istənilən an səssiz bir faciəyə çevrilə bilər.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri