GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və İran arasında artan gərginlik, o cümlədən ehtimal müharibə iddiaları regional təhlükəsizlik baxımından narahatlıq doğurur.
Analitiklərin fikrincə, mümkün eskalasiya ölkəmizə də təsirsiz ötüşməyə bilər.
Narahatlıqlar əsasən qaçqın axını, humanitar fəlakət istiqamətlərində dəyərləndirilsə də, təhlükəsizliklə bağlı təhdidlər də mövcuddur.
Belə ki, müharibənin başlaması halında bir çox ölkələrdən kəşfiyyatçıların bura cəmlənəcəyi, o cümlədən Türkiyədən çıxarılan terror qruplarının da İrana üz tutacağı bildirilir.
Azərbaycanın quru sərhədlərinin bağlı olmasına baxmayaraq, belə biz vəziyyətdə ölkəmizin təhklükəsizliyinə ciddi təhdidin yaranacağı ehtimal olunur.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ehtimal edilən ABŞ–İran müharibəsi Azərbaycan üçün yalnız regionda humanitar böhran və qaçqın axını riski ilə məhdudlaşmır: “Əsas təhlükə milli təhlükəsizlik müstəvisində formalaşır.
Müharibə başlayacağı təqdirdə İran ərazisi müxtəlif dövlətlərin kəşfiyyat strukturları üçün açıq fəaliyyət meydanına çevriləcək.