Quru sərhədləri ilə bağlı həyəcan siqnalı: İrana hücum olarsa, ölkəmizi nə gözləyir?
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və İran arasında artan gərginlik, o cümlədən ehtimal müharibə iddiaları regional təhlükəsizlik baxımından narahatlıq doğurur. Analitiklərin fikrincə, mümkün eskalasiya ölkəmizə də təsirsiz ötüşməyə bilər. Narahatlıqlar əsasən qaçqın axını, humanitar fəlakət istiqamətlərində dəyərləndirilsə də, təhlükəsizliklə bağlı təhdidlər də mövcuddur.
Belə ki, müharibənin başlaması halında bir çox ölkələrdən kəşfiyyatçıların bura cəmlənəcəyi, o cümlədən Türkiyədən çıxarılan terror qruplarının da İrana üz tutacağı bildirilir. Azərbaycanın quru sərhədlərinin bağlı olmasına baxmayaraq, belə biz vəziyyətdə ölkəmizin təhklükəsizliyinə ciddi təhdidin yaranacağı ehtimal olunur.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ehtimal edilən ABŞ–İran müharibəsi Azərbaycan üçün yalnız regionda humanitar böhran və qaçqın axını riski ilə məhdudlaşmır:
“Əsas təhlükə milli təhlükəsizlik müstəvisində formalaşır. Müharibə başlayacağı təqdirdə İran ərazisi müxtəlif dövlətlərin kəşfiyyat strukturları üçün açıq fəaliyyət meydanına çevriləcək. Bu isə regionda onsuz da həssas olan təhlükəsizlik balansını daha da pozacaq. Yaxın Şərqin müxtəlif ölkələrind, eləcə də Suriyada, İraqda və digər münaqişə zonalarında sıxışdırılmış radikal qrupların və terror şəbəkələrinin İrana doğru yönəlməsi real ssenaridir. Belə bir proses Azərbaycanla uzun sərhədi olan ölkədə qeyri-sabitliyi artırmaqla yanaşı, terror risklərinin dolayı yollarla ölkəmizə sızması ehtimalını da yüksəldir.
Züriyə Qarayeva
Digər tərəfdən, quru sərhədlərin bağlı olması bu riskləri tam neytrallaşdırmır. Müasir təhlükəsizlik çağırışları yalnız fiziki keçidlər üzərindən formalaşmır. İdeoloji təsir, kəşfiyyat fəaliyyəti, maliyyə və informasiya kanalları da əsas alətlərdir. Müharibə fonunda İran agenturasının Azərbaycanda aktivləşməsi, daxili sabitliyi hədəfləyən təxribat cəhdləri və sosial-ictimai gərginlik yaratmaq istəkləri istisna edilmir. Bu baxımdan, mümkün ABŞ–İran qarşıdurması Azərbaycanın təhlükəsizlik gündəliyində strateji risk amili kimi qiymətləndirilməlidir və məsələ yalnız regional proseslərin müşahidəsi ilə deyil, qabaqlayıcı təhlükəsizlik tədbirləri və çoxşaxəli risk idarəçiliyi ilə yanaşma tələb edir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 20 Yanvar 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















