Quru sərhədlərin bağlı qalması milli təhlükəsizliyə xidmət edir TƏHLİL | Icma.az
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin Qusarda apardığı əməliyyat bir daha təsdiqlədi ki, sərhədlərin açılması ölkədə böyük terror fəlakətləri yarada bilər Xalqın və dövlətin təhlükəsizliyi hər şeydən önəmli və vacibdir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, milli təhlükəsizliyin əsas subyektləri dövlətin və əhalinin təhlükəsizliyi, maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır.
Qanunvericilikdə milli təhlükəsizliyin təminatının əsas prinsipləri isə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edilməsi, milli təhlükəsizliyin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi, milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması, milli təhlükəsizliyin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət, beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya, insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti və digər məsələlərdir.
Müsbət və təqdirəlayiq hal ondan ibarətdir ki, ölkəmizdə xalqın və dövlətin milli təhlükəsizliyi qanuvericiliyin, eləcə də beynəlxalq norma və prinsiplərə uyğun olaraq təmin edilir.
Ona görə də, bu gün Azərbaycan birmənalı şəkildə sabitlik adası olaraq tanınır və qəbul edilir.
Lakin bəzi yerli və xarici qüvvələr Azərbaycanda hökm sürən dərin köklərə malik ictimai-siyasi sabitlikdən narahat olurlar.
Çalışırlar ki, hər cür vasitə və üsullardan istifadə etməklə mövcud sabitliyi pozmağa və ölkə daxilində milli təhlükəsizliyə xələl gətirsinlər.
Tam oxu
Xəbəri oxu