Icma.az
close
up
RU
Quru sərhədlərin bağlı qalması milli təhlükəsizliyə xidmət edir TƏHLİL

Quru sərhədlərin bağlı qalması milli təhlükəsizliyə xidmət edir TƏHLİL

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin Qusarda apardığı əməliyyat bir daha təsdiqlədi ki, sərhədlərin açılması ölkədə böyük terror fəlakətləri yarada bilər

Xalqın və dövlətin təhlükəsizliyi hər şeydən önəmli və vacibdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, milli təhlükəsizliyin əsas subyektləri dövlətin və əhalinin təhlükəsizliyi, maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır. Qanunvericilikdə milli təhlükəsizliyin təminatının əsas prinsipləri isə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edilməsi, milli təhlükəsizliyin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi, milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması, milli təhlükəsizliyin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət, beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya, insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti və digər məsələlərdir. Müsbət və təqdirəlayiq hal ondan ibarətdir ki, ölkəmizdə xalqın və dövlətin milli təhlükəsizliyi qanuvericiliyin, eləcə də beynəlxalq norma və prinsiplərə uyğun olaraq təmin edilir. Ona görə də, bu gün Azərbaycan birmənalı şəkildə sabitlik adası olaraq tanınır və qəbul edilir. Lakin bəzi yerli və xarici qüvvələr Azərbaycanda hökm sürən dərin köklərə malik ictimai-siyasi sabitlikdən narahat olurlar. Çalışırlar ki, hər cür vasitə və üsullardan istifadə etməklə mövcud sabitliyi pozmağa və ölkə daxilində milli təhlükəsizliyə xələl gətirsinlər. Çirkin məqsədlərinin müəyyən hissəsini həyat keçirmək üçün iddialar irəli sürürlər ki, guya sərhədlərin bağlı qalması vətəndaşlara çətinlik yaradır.

Əhalinin təhlükəsizliyi dövlətin ali məqsədidir

İnsanların təhlükəsizliyi, sağlamlığı Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biridir. Ölkə Prezidenti, Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətinin ana xəttini də məhz xalqın sağlam, təhlükəsiz, sosial -iqtisadi cəhətdən təmin olunması təşkil edir. “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”. Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib. Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən Prezident İlham Əliyev onu da bildirib ki, Azərbaycanda daxili risklər yoxdur: “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”.

Yenicə 30 illik erməni işğalına son qoyub, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan dövlətinin sərhədləri açmaqla beynəlxalq terrorizminin məkrli planlarının həyata keçirilməsinə münbit şərait yaradıla bilər. Nəzərə almaq lazımdır ki, terror yuvası olan Ermənistan və Azərbaycana qarşı düşmən siyasət aparan fars- molla rejimi, eləcə də Fransa kimi qəsbikar fəaliyyətləri ilə tanınan dövlətlər ölkəmizin milli təhlükəsizliyinə qarşı məkrli planlar təşkil edir və onu həyata keçirməyə çalışırlar. Ancaq onların məkrli planlarının qarşısını almaq üçün dövlətimiz çox önəmli, vacib addımlar atır və həmin addımların müsbət nəticələri də mövcuddur. Xüsusilə də, pandemiya dövründən sonra atılan mütərəqqi addımlar, verilən qərarlar əhalidə müsbət məmnunluq yaradıb. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından quru və dəniz sərhədləri bağlanıb. Hər 3 aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Əhali arasında aparılan söhbətlərdən, eləcə də sorğulardan da məlum olur ki, cəmiyyət milli təhlükəsizliyə xidmət edən sərhədlərin bağlı qalmasını istəyir. Quru sərhədlərin açılması terrorçu dəstələrin ölkə ərazisinə daxil olaraq terror aktları və digər pozucu planlar həyata keçirmələrinə şərait yarada bilər. DTX-nın və DİN-in Qusar rayonu ərazisində keçirdiyi əməliyyat da göstərdi ki, quru sərhədlərin bağlı qalması ölkənin təhlükəsizlik məsələlərinə xidmət edir. Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirdikləri əməliyyat nəticəsində Qusarda və ətraf ərazilərdə terror aktları törətməyə hazırlaşan bir neçə terror zərərsizləşdirilib. Həyata keçirilən kompleks əməliyyat tədbirləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb: “Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri – Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilib”.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə məlumatında o da qeyd olunur ki, davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri – Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar: “Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb. Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdiriliblər. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilib. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb. Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan cinayətkar dəstənin üzvləri – Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Sərhədlərin açılması terrorçu qruplaşmaların müxtəlif yollarla ölkəyə sızmasına və öz fəaliyyətlərini həyata keçirməsinə imkan ola bilər

Qusar rayonu ərazisində radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində DTX və DİN əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat təsdiq etdi ki, sərhədlərin bağlı qalması daha böyük cinayətlərin və faciələrin qarşısının alınmasına xidmət edir. Sərhədlər açılarsa radikal terrorçu qruplaşmalar müxtəlif yollarla ölkəyə sızmalarına və terror fəaliyyətlərinin həyata keçirmələrinə imkanlar yarana bilər. Terror aktlarının törədilməsi, pozuculuq fəaliyyətinin işə düşməsi ölkədəki əmin-amanlığın pozulmasına, insanların rahat, təhlükəsiz yaşayışlarının alt-üst olması demək olar. Təbii ki, beynəlxalq terror təşkilatlarının istək və arzuları da məhz bu məsələlərin Azərbaycanda həyata keçirilməsidir. Quru sərhədlərin bağlı qalması həm də narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin artmasına səbəb ola bilər. Sərhədlərin bağlı qalması terrorizmin qarşısını almaqla yanaşı, həm də narkotik qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin aradan qaldırılmasına yardımçı olur. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycana qonşu ölkələrdə müharibələr, münaqişələr hökm sürür. Daxili durumu ağır olan və vətəndaş müharibəsi ilə üzləşən ölkələrdə mövcuddur. Bütün bu kimi neqativ vəziyyət kütləvi qaçqın axınının yaranmasına gətirib çıxarır. Əgər Azərbaycanın quru sərhədləri açıq olarsa, o zaman ölkəmiz daha bir problemlə - qanunsuz miqrasiya axını ilə üzləşməli ola bilər. Sərhədlərin bağlı qalması isə miqrasiya axının idarə edilməsinə şərait və imkanlar yaradır. Ona görə də, hazırkı dönəmdə sərhədlərin bağlı qalması əsaslıdır və milli təhlükəsizliyə xidmət edən amildir. Sərhədlərin bağlı qalması həm də birmənalı şəkildə qara niyyətli qüvvələrin Azərbaycana uzanan qara əllərinin kəsilməsi, bəd planlarının iflasa uğraması deməkdir.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri