Quru sərhədlərinin açılması ilə bağlı SON DƏQİQƏ xəbəri Bu istiqamətlərdə... | Icma.az
Icma.az bildirir, News24 saytına əsaslanaraq. Azərbaycan və İran arasında diplomatik münasibətlərdə yeni mərhələ başlanır.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində əldə olunan razılaşmaların reallaşdırılması artıq icra strukturlarının gündəliyinə daxil edilib.
İranın "İRNA" dövlət informasiya agentliyinin yaydığı məlumata görə, bu barədə İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə bəyan edib.
Görüşdə qeyd olunub ki, iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və bu kontekstdə quru sərhədlərin açılması perspektivindən də danışmaq mümkündür.İran və Azərbaycan arasında münasibətlərdə müşahidə olunan yumşalma fonunda iki ölkə arasında quru sərhədlərin yenidən açılması məsələsi də gündəmə gəlib.
İran tərəfi qarşılıqlı təmasların intensivləşdiyini bildirərək, sərhəd rejiminin də yaxın gələcəkdə dəyişə biləcəyinə ümid etdiyini açıqlayıb.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News24.az-a bildirib ki, Azərbaycanın təkcə bir ölkə ilə sərhədi açması hazırkı şəraitdə real görünmür:“Azərbaycanın ayrı-ayrılıqda hansısa bir ölkə ilə quru sərhədlərini açması hazırda real deyil.
Çünki bu addım digər qonşu ölkələr tərəfindən sualla qarşılanacaq.
Məsələn, Gürcüstan uzun müddətdir Azərbaycanla quru sərhədin açılması üçün müraciətlər edir, rəsmi xahişlər ünvanlayır.
Tam oxu
Xəbəri oxu