Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Quru sərhədlərinin açılması ilə bağlı SON DƏQİQƏ xəbəri Bu istiqamətlərdə...

Quru sərhədlərinin açılması ilə bağlı SON DƏQİQƏ xəbəri Bu istiqamətlərdə...

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Azərbaycan və İran arasında diplomatik münasibətlərdə yeni mərhələ başlanır. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində əldə olunan razılaşmaların reallaşdırılması artıq icra strukturlarının gündəliyinə daxil edilib. İranın "İRNA" dövlət informasiya agentliyinin yaydığı məlumata görə, bu barədə İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə bəyan edib. Görüşdə qeyd olunub ki, iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və bu kontekstdə quru sərhədlərin açılması perspektivindən də danışmaq mümkündür.

İran və Azərbaycan arasında münasibətlərdə müşahidə olunan yumşalma fonunda iki ölkə arasında quru sərhədlərin yenidən açılması məsələsi də gündəmə gəlib. İran tərəfi qarşılıqlı təmasların intensivləşdiyini bildirərək, sərhəd rejiminin də yaxın gələcəkdə dəyişə biləcəyinə ümid etdiyini açıqlayıb. 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News24.az-a bildirib ki, Azərbaycanın təkcə bir ölkə ilə sərhədi açması hazırkı şəraitdə real görünmür:

“Azərbaycanın ayrı-ayrılıqda hansısa bir ölkə ilə quru sərhədlərini açması hazırda real deyil. Çünki bu addım digər qonşu ölkələr tərəfindən sualla qarşılanacaq. Məsələn, Gürcüstan uzun müddətdir Azərbaycanla quru sərhədin açılması üçün müraciətlər edir, rəsmi xahişlər ünvanlayır. Ancaq bu məsələdə hələlik bir irəliləyiş yoxdur.”

İqtisadçı qeyd edir ki, quru sərhədlərin bağlı qalması artıq həm sosial, həm iqtisadi, həm də turizm baxımından ciddi çətinliklər yaradır:

“Quru sərhədlərin bağlı qalması turizmin inkişafına, regionlararası əməkdaşlığa və ən əsası, vətəndaşların sərbəst gediş-gəlişinə mənfi təsir göstərir. Azərbaycanda turizm potensialı böyükdür və bu sahənin inkişafı üçün sərhədlərin açılması olduqca vacibdir. Eyni zamanda, insanlar ailə üzvlərini ziyarət edə bilmir, tranzit və ticarət imkanları məhdudlaşır. Bu məsələnin tezliklə həll olunması lazımdır.”

Natiq Cəfərlinin fikrincə, Azərbaycan dünyada quru sərhədləri hələ də bağlı saxlayan azsaylı ölkələrdən biridir və bu durum ictimai müzakirələrə səbəb olur. Onun sözlərinə görə, mövcud vəziyyət pandemiya ilə izah olunsa da, artıq pandemiya dövrü geridə qalıb və normallaşma prosesi başa çatmalıdır.

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri