Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Qusar, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının şimal rayonlarına qastrol səfərləri başlayıb.
Teatrın direktoru Faiq Qardaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kollektiv yanvarın 27-də Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzində teatrsevərlərə Vaqif Səmədoğlunun “Bəxt üzüyü” tamaşasını təqdim edib.
Tamaşa yanvarın 28-də Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində, 29-da isə Şabran rayon Mədəniyyət Mərkəzində də nümayiş etdiriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudovadır.
Rolları Lalə Qurbanova, Həsrət Nəsrullayev, Yeganə Kərimova, Yalçın Qaraxanov, Kəmalə Səfərova, Tacir Şahbazov, Tofiq Mustafyev, Bağır Əhmədov və Vadim Abbasov ifa edirlər.