Qusar Dövlət Ləzgi Dram Teatrı “Bəxt üzüyü”nü xaçmazlı tamaşaçılara təqdim edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Qusar, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının şimal rayonlarına qastrol səfərləri başlayıb.
Teatrın direktoru Faiq Qardaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kollektiv yanvarın 27-də Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzində teatrsevərlərə Vaqif Səmədoğlunun “Bəxt üzüyü” tamaşasını təqdim edib.
Tamaşa yanvarın 28-də Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində, 29-da isə Şabran rayon Mədəniyyət Mərkəzində də nümayiş etdiriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudovadır.
Rolları Lalə Qurbanova, Həsrət Nəsrullayev, Yeganə Kərimova, Yalçın Qaraxanov, Kəmalə Səfərova, Tacir Şahbazov, Tofiq Mustafyev, Bağır Əhmədov və Vadim Abbasov ifa edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 27 Yanvar 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















