Icma.az, Azpolitika.az saytına istinadən bildirir. Bir müddətdir Qusar rayonunda yerləşən yanacaq doldurma məntəqələrində (YDM) benzin çatış
Mövcud problemin bir aya yaxındır davam etdiyini deyən sakinlər rayondakı cəmi bir YDM-də “Aİ-92” markal benzinin qaldığını iddia ediblər.“B
Artıq 1 aya yaxındır ki, “Aİ-92” markalı benzin məhdudiyyətlə satılır. İki YDM artıq benzinsiz qalıb, 1 YDM-də isə benzin bitmək üzrədir.
Bölgədəki digər kiçik YDM-lərdə də belə problemlər var”, - deyə müraciətdə bildirilir.Məsələ ilə bağlı Qusar rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini İkram Tumarxanov “AzPolitika”-ya açıqlmasında bildirib ki, hazırda rayondakı yanacaq doldurma məntəqələrində “Aİ-92” markalı benzinin satışı ilə bağlı problem yaşanmır:“Bu barədə sizin sorğunuz əsasında monitorinq apardıq.
Hazırda rayon mərkəzində, Avtovağzal kompleksinin yaxınlığına yerləşən bir YDM-də qismən belə bir problem var.
Ancaq digər - “SOCAR” və “Azpetrol”-a məxsus YDM-lərdə benzinin satışı ilə bağlı problem yaşanmır.
Biz özümüz də gündəlik olaraq bu məntəqələrdən istifadə edirik.“AzPolitika.info” Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.