Icma.az
close
up
RU
Qusarda yanacaq qıtlığı yaranıb? İcra Hakimiyyətindən açıqlama AzPolitika onlayn siyasiictimai qəzet

Qusarda yanacaq qıtlığı yaranıb? İcra Hakimiyyətindən açıqlama AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Bir müddətdir Qusar rayonunda yerləşən yanacaq doldurma məntəqələrində (YDM) benzin çatışmazlığı yaşandığı deyilir.

Bu barədə “AzPolitika”-ya müraciət edən bir qrup yerli sakin rayonda yerləşən YDM-lərdə “Aİ-92” markalı benzinin satışında yaranan problemdən şikayətləniblər. Mövcud problemin bir aya yaxındır davam etdiyini deyən sakinlər rayondakı cəmi bir YDM-də “Aİ-92” markal benzinin qaldığını iddia ediblər.

“Bizim rayonda 3 yanacaq doldurma məntəqəsi var. Artıq 1 aya yaxındır ki, “Aİ-92” markalı benzin məhdudiyyətlə satılır. İki YDM artıq benzinsiz qalıb, 1 YDM-də isə benzin bitmək üzrədir. Bölgədəki digər kiçik YDM-lərdə də belə problemlər var”, - deyə müraciətdə bildirilir.

Məsələ ilə bağlı Qusar rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini İkram Tumarxanov “AzPolitika”-ya açıqlmasında bildirib ki, hazırda rayondakı yanacaq doldurma məntəqələrində “Aİ-92” markalı benzinin satışı ilə bağlı problem yaşanmır:“Bu barədə sizin sorğunuz əsasında monitorinq apardıq. Hazırda rayon mərkəzində, Avtovağzal kompleksinin yaxınlığına yerləşən bir YDM-də qismən belə bir problem var. Ancaq digər - “SOCAR” və “Azpetrol”-a məxsus YDM-lərdə benzinin satışı ilə bağlı problem yaşanmır. Biz özümüz də gündəlik olaraq bu məntəqələrdən istifadə edirik.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see190

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see186

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see140

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri