Quterreş COP29dan G20 liderlərinə çağırış etdi | Icma.az
Icma.az bildirir, Milli.az portalına istinadən. Mən Rioda keçirilən G20 Sammitindən təzəcə qayıtmışam. COP29 çox gündəmdə idi.
G20 liderlərini və danışıqlar aparan şəxsləri COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırdım.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş COP29 çərçivəsində media üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, nümayəndə heyətləri və COP29 sədrliyi ortaq məxrəc tapmaq üçün çox çalışırlar.
"Amma burada açılış nitqimdə dediyim kimi, zaman irəliləyir. Razılaşmanın əldə edilməsi üçün səbrsizlənirəm.
Bitiş xətti üzərində müzakirələr aparmaq üçün bizə böyük təkan lazımdır.
Yenə deyirəm, bizə lazım olan şey aydındır: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair saziş.
Müxtəlif komponentlər vasitəsilə bu məqsəd inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyəni səfərbər etməlidir", - o bildirib. A.
Tam oxu
Xəbəri oxu