Icma.az
close
up
RU
Quterreş COP29dan G20 liderlərinə çağırış etdi

Quterreş COP29dan G20 liderlərinə çağırış etdi

Icma.az bildirir, Milli.az portalına istinadən.

Mən Rioda keçirilən G20 Sammitindən təzəcə qayıtmışam. COP29 çox gündəmdə idi. G20 liderlərini və danışıqlar aparan şəxsləri COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırdım.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş COP29 çərçivəsində media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, nümayəndə heyətləri və COP29 sədrliyi ortaq məxrəc tapmaq üçün çox çalışırlar.

"Amma burada açılış nitqimdə dediyim kimi, zaman irəliləyir. Razılaşmanın əldə edilməsi üçün səbrsizlənirəm. Bitiş xətti üzərində müzakirələr aparmaq üçün bizə böyük təkan lazımdır. Yenə deyirəm, bizə lazım olan şey aydındır: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair saziş. Müxtəlif komponentlər vasitəsilə bu məqsəd inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyəni səfərbər etməlidir", - o bildirib.

A. Qutterreş qeyd edib ki, maliyyə artımı vacibdir.

"Hər bir hökumətə eyni zamanda emissiyaların azaldılmasını sürətləndirərək, təmiz, ucuz bərpa olunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı verilməlidir. Bütün ölkələrin özlərini və insanlarını iqlim fəlakətindən qorumaq və xalqlar arasında inam yaratmaq üçün maliyyə artımı vacibdir", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri