Rabitəbank da yeni təyinatlar | Icma.az
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Rabitəbank” ASC-də iki yeni təyinat həyata keçirilib.
"Unikal" xəbər verir ki, bankın “Risklərin idarə edilməsi” departamentinə Cavidan Eldarlı, “Daxili audit” departamentinə isə Samir Salmanlı direktor vəzifəsinə təyin olunub.
Maliyyə və risklərin idarə edilməsi sahəsində dərin bilik və zəngin təcrübəyə malik olan Cavidan Eldarlı, bu sahədə həm yerli, həm də beynəlxalq müstəvidə uğurlu fəaliyyət göstərmişdir.
O, 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Xüsusi İstedadlar Qrupu”nda bakalavr, 2015-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Ardınca, 2016–2020-ci illər ərzində doktorantura təhsili alaraq elmi fəaliyyətini davam etdirmişdir.
O, ABŞ hökumətinin SUSI təqaüd proqramı çərçivəsində Alabama Universitetində sertifikat proqramında iştirak etmiş, 2016–2017-ci illərdə isə Erasmus Mundus proqramı ilə Yunanıstanın Aleksandr Texniki Təhsil İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir.
Eyni zamanda, Böyük Britaniyanın nüfuzlu ACCA proqramı üzrə 10 pilləni uğurla tamamlayaraq beynəlxalq maliyyə standartları sahəsində ixtisaslaşmışdır.
Cavidan Eldarlı bir sıra nüfuzlu qurumlarda məsul vəzifələrdə çalışmaqla yanaşı, 2019-cu ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.
Tam oxu
Xəbəri oxu