Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Rabitəbank da yeni təyinatlar

Rabitəbank da yeni təyinatlar

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rabitəbank” ASC-də iki yeni təyinat həyata keçirilib.

"Unikal" xəbər verir ki, bankın “Risklərin idarə edilməsi” departamentinə Cavidan Eldarlı, “Daxili audit” departamentinə isə Samir Salmanlı direktor vəzifəsinə təyin olunub.

Maliyyə və risklərin idarə edilməsi sahəsində dərin bilik və zəngin təcrübəyə malik olan Cavidan Eldarlı, bu sahədə həm yerli, həm də beynəlxalq müstəvidə uğurlu fəaliyyət göstərmişdir. O, 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Xüsusi İstedadlar Qrupu”nda bakalavr, 2015-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Ardınca, 2016–2020-ci illər ərzində doktorantura təhsili alaraq elmi fəaliyyətini davam etdirmişdir.

O, ABŞ hökumətinin SUSI təqaüd proqramı çərçivəsində Alabama Universitetində sertifikat proqramında iştirak etmiş, 2016–2017-ci illərdə isə Erasmus Mundus proqramı ilə Yunanıstanın Aleksandr Texniki Təhsil İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda, Böyük Britaniyanın nüfuzlu ACCA proqramı üzrə 10 pilləni uğurla tamamlayaraq beynəlxalq maliyyə standartları sahəsində ixtisaslaşmışdır. Cavidan Eldarlı bir sıra nüfuzlu qurumlarda məsul vəzifələrdə çalışmaqla yanaşı, 2019-cu ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.

Digər təyinat isə Samir Salmanlı “Rabitəbank” ASC-nin Daxili Audit departamentinin direktoru vəzifəsinə təyin olunub. Audit və maliyyə sahəsində 20 ildən artıq təcrübəyə malik olan Samir Salmanlı 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini fərqlənmə ilə bitirmişdir.

O, peşəkar fəaliyyəti dövründə Aqrarkredit BOKT QSC, AGBank kimi maliyyə qurumlarında müxtəlif vəzifələrdə çalışmış, audit və kreditləşmə sahəsində yerli və beynəlxalq sertifikatlar qazanmışdır. 2020-ci ilin sentyabr ayından “Rabitəbank” ASC-nin Daxili Audit departamentində şöbə rəisi kimi fəaliyyətə başlayan Samir Salmanlı, 2022-ci ildən 2025-ci ilin iyuluna qədər həmin departamentin direktor müavini vəzifəsində çalışmışdır.

Bu təyinatlar Rabitəbankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi, risk və audit funksiyalarında beynəlxalq təcrübənin tətbiqi və dayanıqlı inkişaf strategiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 İyul 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri