Rafiq Aslanov: Azərbaycanda ötən il milyard kubmetrlərlə su itkiyə gedib | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda Azərbaycanda 1 milyon 431 min hektar torpaq sahəsi suvarılır, bu ərazilərin 610 min hektarı kollektor-drenaj şəbəkəsi ilə təchiz olunub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, aqrar sahənin inkişafı əsasən suvarma əkinçiliyinə əsaslanır və kənd təsərrüfatı məhsullarının böyük hissəsi bu sahələrdən əldə olunur.
"2024-cü ildə bütün suvarma mənbələrindən ümumilikdə 9 milyard 256 milyon kubmetr su götürülüb, bunun 6 milyard 710 milyon kubmetri təsərrüfatlara verilib.
Təxminən 2 milyard 500 milyon kubmetrə yaxın su isə itkiyə gedib.
Suvarılan ərazilərin 56%-i (790 min hektar) öz axını ilə, 642 min hektarı isə mexaniki üsulla əldə olunan su ilə təmin edilir".
R.Aslanov bildirib ki, suvarma planlaması məqsədilə magistral kanallar üzrə su istifadəsi, rayonlararası su bölgüsü və su limitləri müəyyən edilir: "Vegetasiya dövründə suvarmaların səmərəli aparılması üçün ərazilərə mütəxəssislər təhkim edilir, mövcud çətinliklər mütəmadi olaraq aidiyyəti qurumların iştirakı ilə müzakirə olunur və operativ tədbirlər görülür.
Tam oxu
Xəbəri oxu