Icma.az
close
up
RU
Rafiq Aslanov: Azərbaycanda ötən il milyard kubmetrlərlə su itkiyə gedib

Rafiq Aslanov: Azərbaycanda ötən il milyard kubmetrlərlə su itkiyə gedib

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda Azərbaycanda 1 milyon 431 min hektar torpaq sahəsi suvarılır, bu ərazilərin 610 min hektarı kollektor-drenaj şəbəkəsi ilə təchiz olunub.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, aqrar sahənin inkişafı əsasən suvarma əkinçiliyinə əsaslanır və kənd təsərrüfatı məhsullarının böyük hissəsi bu sahələrdən əldə olunur.

"2024-cü ildə bütün suvarma mənbələrindən ümumilikdə 9 milyard 256 milyon kubmetr su götürülüb, bunun 6 milyard 710 milyon kubmetri təsərrüfatlara verilib. Təxminən 2 milyard 500 milyon kubmetrə yaxın su isə itkiyə gedib. Suvarılan ərazilərin 56%-i (790 min hektar) öz axını ilə, 642 min hektarı isə mexaniki üsulla əldə olunan su ilə təmin edilir".

R.Aslanov bildirib ki, suvarma planlaması məqsədilə magistral kanallar üzrə su istifadəsi, rayonlararası su bölgüsü və su limitləri müəyyən edilir:

"Vegetasiya dövründə suvarmaların səmərəli aparılması üçün ərazilərə mütəxəssislər təhkim edilir, mövcud çətinliklər mütəmadi olaraq aidiyyəti qurumların iştirakı ilə müzakirə olunur və operativ tədbirlər görülür. Daxili çayların su axını bölgələr üzrə qeyri-bərabər paylandığından və axının əsas hissəsi yaz aylarına düşdüyündən, bu suların yalnız 10-15%-i vegetasiya dövründə istifadə olunur, qalan hissəsi isə dənizə axıdılır".

Xidmət rəisi əlavə edib ki, son illərdə su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə genişmiqyaslı layihələr həyata keçirilib:

"Ümumi tutumu 557 milyon kubmetr olan 5 su anbarı tikilib, 500 su anbarı (31 milyon kubmetr tutumlu) təmir olunub. 4 800 km suvarma kanalı və 3 610 km kollektor-drenaj şəbəkəsi yenidən qurulub. Samur-Abşeron suvarma sistemi, Taxtakörpü-Ceyranbatan, Neftçala magistral kanalı və digər iri layihələr həyata keçirilib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri