Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib.
QMİ-dən verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səslənməsindən və Quran tilavətindən sonra toplantını giriş sözü ilə açan Şeyxülislam Allahşükür Paşazadə QMİ Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazıları – Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlunun namizədliklərinin irəli sürüldüyünü bildirib.
Təqdimatlar dinlənilib, namizədlər səsə qoyularaq seçiliblər. Səsvermədən sonra iclas yenilənmiş tərkibdə işini davam etdirib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nümayəndəsi çıxış edib.
Daha sonra QMİ Qazılar Şurasının mübarək Ramazan ayı ilə bağlı Fətvası oxunub. QMİ sədri, QMİ Qazılar Şurasının sədri Şeyxülislam A.
Paşazadə öz çıxışında Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edib, Allah-Təaladan ibadət və duaların qəbul olunmasını diləyib.
Bildirib ki, şükürlər olsun, bu ilki Ramazan Ayına ölkəmiz və xalqımız Zati-aliləri Prezident İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində davam edən Zəfər abı-havasında daxil olur.
Tam oxu
Xəbəri oxu