Icma.az
close
up
RU
Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib

Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib. 

QMİ-dən verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səslənməsindən və Quran tilavətindən sonra toplantını giriş sözü ilə açan Şeyxülislam Allahşükür Paşazadə QMİ Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazıları – Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlunun namizədliklərinin irəli sürüldüyünü bildirib. Təqdimatlar dinlənilib, namizədlər səsə qoyularaq seçiliblər. Səsvermədən sonra iclas yenilənmiş tərkibdə işini davam etdirib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nümayəndəsi çıxış edib. Daha sonra QMİ Qazılar Şurasının mübarək Ramazan ayı ilə bağlı Fətvası oxunub.

QMİ sədri, QMİ Qazılar Şurasının sədri Şeyxülislam A. Paşazadə öz çıxışında Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edib, Allah-Təaladan ibadət və duaların qəbul olunmasını diləyib. Bildirib ki, şükürlər olsun, bu ilki Ramazan Ayına ölkəmiz və xalqımız Zati-aliləri Prezident İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində davam edən Zəfər abı-havasında daxil olur. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda dövlət bayrağının dalğalanması, məscid minarələrindən Azan səslərinin ucalması, tarixi ədalətin - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası qalib xalq olaraq bizə qürur və fəxarət bəxş edir. Şeyxülislam A.Paşazadə bu mübarək günləri xalqımıza yaşatdığı üçün Uca Yaradana həmd-sənalar edib, dövlətimizə, şəxsən Ali Baş Komandanımıza və onun silahdaşı Birinci vitse-prezident Mehriban xanıma sonsuz minnətdarlığımızı bildirib, Konstitusiya və Suverenlik ilində dövlətimizin zəfər və nailiyyətlərinin daha artıq olmasına Uca Allahdan xeyir-dualar diləyib.

Daha sonra Şeyxülislam A. Paşazadə din xadimlərinə tövsiyələrini çatdırmışdır. Bildirmişdir ki, Ramazan ayı boyunca din xadimlərimiz məscidlərdəki moizələrində bu mübarək ayda nazil olmuş Qurani-Kərimdə, Peyğəmbər Mühəmməd Salavatullahın hədislərində əksini tapan ilahi hikmət və fəzilətləri insanlara ən gözəl, üstün şəkildə çatdırmaqla yanaşı, Vətən müharibəsi qəhrəmanlarının – rəşadətli Ordumuzun, şəhid və qazilərimizin milli Zəfərimizin qazanılmasında şücaətlərini, ələlxüsus, müzəffər sərkərdə - dövlət başçımızın müdrik qalibiyyət siyasətinin, misilsiz quruculuq səylərinin ali dəyərini insanlara təlqin etməlidirlər. Bu ayda Allah Kəlamını zikr etmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin, Vətən şəhidlərinin ruhlarını yad etmək, elm, fəzilət, irfanın təbliğ edilməsinin vacibliyi moizələrdə xalqımıza çatdırılmalıdır. 

Şeyxülislam A. Paşazadə duaların qəbul olunduğu müqəddəs Ramazan ayı boyunca dualarda xalqımızın rifah və əmniyyəti, Vətənimizin tərəqqisi və dövlət rəhbərimizin yeni zəfərləri, Azərbaycan naminə, dövlətçiliyimizin inkişafı naminə misilsiz səylərinin uğurları üçün Uca Allahdan rəvac dilənməsinin özəl əhəmiyyət kəsb etməsini ifadə etmişdir. 

Şeyxülislam A. Paşazadə əlavə etmişdir ki: “Yaradanın Lütfü sayəsində bu il Novruzun müqəddəs Ramazan ayına təsadüf etməsi Novruz bayramının mübarəkliyini, ülviliyini daha da artırır. Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına, nemətlərinə görə şükür-sənanı, təvəkkülü və Onun rizası yolunda  xeyirxahlığı təcəssüm etdirən mübarək Novruz və müqəddəs Ramazan günlərində müqəddəslərin, dünyasını dəyişmiş əzizlərin, doğmaların, yaxınların yad edilməsi, yardımlaşma, ehtiyacı olanlara mərhəmət nümayişi və özəlliklə, Vətən şəhidlərinin ailələrinə diqqət və qayğı, qazilərə ehtiram xüsusi savab və dəyər kəsb edir. Novruz müjdəli mübarək və müqəddəs Ramazan Ayı xalqımız, Azərbaycan üçün xeyirlərə vəsilə olsun, inşallah! Hamımız üçün əziz olan bu bayram günlərinin birləşmiş şəkildə, çoxgünlük tətil ilə qeyd olunması barədə dövlətimizin qərarını milli birliyimizin, həmrəyliyimizin bir nümunəsi kimi qiymətləndirir, bununla əlaqədar dövlət başçımıza dərin minnətdarlığımızı bildiririk”. 

Azərbaycanın yerləşdiyi coğrafi məkan, üfüq xətti, en dairəsinə uyğun gələn elmi cəhətdən əsaslandırılmış təqvimə malik olmağımızın milli və mənəvi vəhdətimizi təmin etmək məramına xidmət etməklə yanaşı, ölkəmizin müstəqilliyini ifadə edən dəyər olduğunu xüsusi qeyd edən Şeyxülislam A. Paşazadə Şamaxı Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 1 mart 2025-ci ilə təsadüf edəcəyini, Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının orucluğun qaydaları, əməllərini özündə əks etdirən Ramazan fətvası hazırladığını, QMİ-nin Fətva şöbəsinin oruc ibadətinin vacibatları, özəl məqamları barədə yenilənmiş moizələr kitabı hazırlayıb məscidlərimizin imamlarına yolladığını diqqətə çatdırmışdır. Əlavə etmişdir ki, Qafqaz Müsəlmanları İdarəsinin 114 TV internet televiziyası Ramazan ayı boyunca Orucluğun fəzilətləri barədə xüsusi verilişləri ilə xalqımızın xidmətində olacaqdır. 

Şeyxülislam A. Paşazadə 19-20  fevral tarixlərində Müsəlman Ağsaqqalları Şurasının təşkilatçılığı ilə Bəhreyndə keçirilən İslam-İslam dialoqu tədbiri barədə iclas iştirakçılarını məlumatlandırmışdır. Şeyxülislam A. Paşazadə Bəhreyn kralının himayəsi ilə baş tutan həmin forumda Azərbaycanın məzhəblərarası anlaşma mühiti barədə etdiyi çıxışının böyük maraqla qarşılandığını vurğulamış, Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsinin, məzhəblərarası anlaşma mühitinin təqdir olunaraq örnək kimi təqdim edilməsindən qürur duyduğunu din xadimləri ilə bölüşdü. Əlavə etdi ki: “Bütün dünya, İslam aləmi bizim  bu nadir təcrübəni bəyənir, öyrənir, özlərində tətbiq etmək istəyirlər. Bu, Azərbaycan dövlətinin adına böyük uğur və göz bəbəyimiz kimi qorumalı olduğumuz qiymətli nailiyyətdir. Bu əsnada, ölkəmizin şimal hissəsində müstəqilliyimizi gözü götürməyən qüvvələrin multikultural Azərbaycanda etnik zəmində parçalanma, İslam dünyası üçün nümunəvi olan ölkəmizdə dini müstəvidə nifaq təşviq edərək siyasi məqsədlərinə çatmaq yönündə bəzi hərəkətləri ilə bağlı narahatlığımı dilə gətirməyə bilmərəm. Müstəqilliyimizi həzm edə bilməyən, məkrli siyasi məqsədlər naminə din adından sui-istifadə edərək təhdidlər törədən ekstremist hərəkatların, xüsusilə də “Meşə qardaşları” və digər bu kimi mənfur radikal cərəyanların fəallaşmasının qarşısını Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları almaq iqtidarındadırlar. Lakin bəziləri bunu dini ekstremizm kimi qələmə verirlər. Halbuki, sülh, anlaşma, əmin-amanlıq dini olan, bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət sayan İslam dininin adının ekstremizm sözü ilə yanaşı çəkilməsi qəbuledilməzdir. Kütləvi informasiya vasitələri, siyasi şərhçilər və ekspertlərə din pərdəsi altında təxribat, terror, din adından siyasi məqsədlərlə sui-istifadə, dini zəmində pozucu fəaliyyətlərə dair şərh və fikir mübadilələrində çox ehtiyatlı olmalarını tövsiyyə edirik. Müstəqilliyimizin düşmənləri, siyasi güc və hərbi qüdrətimizi ölkə daxilində və xaricində gözü götürməyənlər, o cümlədən, revanşizmi alovlandıran erməni kilsəsinin hədəfi ölkəmizdə hökm sürən milli və dini birliyi, siyasi-ictimai sabitliyi pozmaq, dövlətçiliyimiz və suverenliyimiz əleyhinə təxribatlar törətmək, separatizmi təşviq etmək, gənclərimiz arasında zərərli ideologiyalar yaymaq, məzhəblərarası anlaşma mühitinə xələl gətirməkdirsə, hər bir azərbaycanlı bu təhlükənin qarşısının alınmasında əlindən gələni əsirgəməməlidir. Biz din xadimləri bu həssas məsələlərdə xüsusilə sayıq olmalıyıq. Hər bir qazı təyin olunduğu bölgədə bu məsələlərə məsuldur. Dindarlarımız bu məsələdə dövlətimizin siyasi mövqeyini və qətiyyətli addımlarını dəstəkləyirlər. Qazılarımız, imamlarımız, səlahiyyətli nümayəndələrimiz dövlətimizin yanındadırlar və bu xəyanətkar niyyət və məkrli təxribatların ifşa olunaraq zərərsizləşdirilməsi yönündə müvafiq dövlət orqanları - hüquq-mühafizə və xüsusi xidmət orqanlarına yardımçı olmalıdırlar.  Dünya miqyasında məzhəblərarası anlaşma mühitinə misal olaraq göstərilən Azərbaycanda məzhəb müstəvisində yalançı çaxnaşma yaratmaq oyunu puç olmağa məhkumdur”.   

Şeyxülislam A. Paşazadə erməni kilsəsinin həm Eçmiədzin, həm də Livanda yerləşən Kilikiya dini mərkəzlərinin anti-Azərbaycan təbliğatı, revanşizm və böhtan xarakterli “şikayətləri”nin səngimək bilmədiyini və bəzi ermənipərəst dini və siyasi dairələr tərəfindən qızışdırılır, xristian təəssübkeşliyi bəhanəsi ilə dünya ictimaiyyətini öz məkrli təxribatlarına dəstək almaq niyyətini güddüyünü xatırlatmışdır. Bildirmişdir ki, bu anti-Azərbaycan təbliğatında Qərbin bir sıra siyasətçiləri, beynəlxalq və dini təşkilatları, xüsusilə də, Ümumdünya Kilsələr Şurası canfəşanlıq göstərir. Biz dəfələrlə, həm QMİ, həm də, Azərbaycandakı Dini konfessiyaların Məşvərət Şurası adından dövlət rəhbərlərinə, beynəlxalq təşkilatlara, ələlxüsus, Ümumdünya Kilsələr Şurasına bununla əlaqədar müvafiq müraciətlər etmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirməkdəyik.

Şeyxülislam A. Paşazadə xüsusi qeyd etmişdir ki, ermənilərin saxta iddia və qondarma ittihamlarına qarşı biz Qərbi Azərbaycan icmasının qanuni hüquqlarının təmin olunması istiqamətində səylərimizi artırırıq: “Deportasiyaya məruz qalmış azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının reallaşması istiqamətində biz din xadimləri iştirak etdiyimiz bütün beynəlxalq platformalarda həqiqətləri bəyan edir, dünya ictimaiyyətini haqq işimizə - qərbi azərbaycanlıların tarixi məkanlarına qayıdışına dəstək nümayiş etdirməyə çağırırıq. Bundan əlavə, Ermənistan ərazisində müsəlman-Azərbaycan dini-tarixi irsinə qarşı törədilmiş vandalizm aktlarının dünyaya bəyan edilməsi, dağıdılan tarixi məscid və ibadətgahlarımız, viran qoyulan qəbirstanlıqlarımız barədə dünyaya car çəkmək istiqamətində dini mərkəz olaraq səylərimizi dövlətimizin, Qərbi Azərbaycan icmasının səyləri ilə birləşdiririk. Din xadimlərimiz, öz növbələrində, moizələrində bu həqiqətləri dindarlara çatdırmalıdırlar. Deportasiya və etnik təmizləmə səbəbindən hazırda Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamır və zamanında fəaliyyət göstərən, Qazısı olduğum İrəvan qazılığı da bu səbəbdən fəaliyyətini dayandırmışdı. İnşallah, nəsib olar, qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı reallaşar və Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Zəngəzurda nümayəndəliyi, tarixi İrəvan və Üçmüəzzində Qazılığı öz fəaliyyətini bərpa edər”. 

İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Hikmət Məmmədov, AR Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin sədr müavini Sahib Nağıyev və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov iştirak ediblər. Çıxış edən Milli Məclisin deputatı H. Məmmədov və Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin sədr müavini S. Nağıyev Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə danışmış və Qafqaz Müsəlmanları İdarəsinin dini mərkəz olaraq ölkə daxilində və beynəlxalq platformalarda fəaliyyətini təqdir etmişlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri